Icma.az
close
up
RU
Bir ömrün əbədiyyət nəğməsi

Bir ömrün əbədiyyət nəğməsi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bu gün Azərbaycanın  Milli Qəhrəmanı  Şükür Həmidovun  doğum günüdür.Yaşasaydı  50 yaşını  əsgərləri, silahdaşları ilə yəqin ki, Qubadlıda qeyd edəcəkdi.

Xalq şairi Səməd  Vurğunun “Ölüm  sevinməsin qoy” şerini kədərlə  xatırladım:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada

El qədrini canından  daha əziz bilənlər

Şirin bir xatirətək  qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər...

-Bəli, Şükür  Həmidov Vətəni  hər şeydən artıq sevdi,onun yolunda canını fəda etdi. 50 yaş nədir ki, ay igid! Sən Azərbaycan boyda torpağın əbədiyaşar qəhrəmanısan. Bu xalq səni zaman-zaman yaşadacaq. Şükür Həmidov 2020-ci il oktyabrın 22-də Vətən Müharibəsində qəhrəmancasına şəhid olub. Atası Nəriman kişiyə söz vermişdi: ”Qubadlını yağı düşməndən azad edəcəyəm”. Şükür verdiyi sözünə canı bahasına nail oldu və Qubadlının Mahmudlu kəndində şəhidlik məqamına ucaldı. Şükür Həmidov elə bir döyüşçü idi ki, sağlığında qəhrəmanlıq zirvəsini fəth etmişdi. 2016-cı ilin aprel döyüşlərində  Şükür Həmidovun adı  dillər əzbəri olmuşdu. Onun cəngavər kimi əsgərləri ilə birgə Cəbrayıl  rayonu  istiqamətində yerləşən “Lələtəpə” strateji nöqtəsinin alınması  zamanı  xüsusi  döyüş  bacarığı göstərməsi   bütün Azərbaycana səs saldı. Peşəkar hərbçi  Prezident  İlham  Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən   Azərbaycanın   Milli  Qəhrəmanı  adına  layiq  görüldü.  Şükür Həmidov Azərbaycanın hərb tarixinə  öz imzasını qəhrəmanlığı, şücaəti  ilə  yazdı.

Şükür 1975-ci il  aprelin 1-də  Qubadlının  Armudlu  kəndində  doğulmuşdu. Uşaqlığı, yeniyetmə  çağları  Qubadlıda  keçmişdi. Ömrünün  bahar  fəslində  - gənclik illərində ailəsi ilə birgə qaçqınlıq, didərginlik  faciəsini yaşamışdı.Vətən həsrəti göynədirdi onu.

Düşmənə nifrət hissi  Şükürü   Cəmşid   Naxçıvanski adına Hərbi Liseyə aparmışdı. Sonrakı təhsil  illərində  Bakı  Ali  Birləşmiş  Komandanlıq  Məktəbində hərb sənətinin incəliklərini öyrənən Şükür Həmidov Azərbaycanın yüksək ixtisaslı hərbçisi statusunu qazanmışdı. Qazandığı bilik və təcrübəni xalqımıza və dövlətimizə sərf edirdi.  

İkinci Qarabağ müharibəsi başlayanda bu qorxmaz  hərbçinin düşmənin bağrını dəlməsi barədə xəbərləri çox eşidirdik.  Cəbrayıl, Füzuli, Qubadlı  uğrunda gedən döyüşlərdə  qalibiyyət  qazanan  komandirlərdən  biri olan  Şükür Həmidov doğulduğu Qubadlı  torpağında  şəhid oldu. Bəlkə də, bu bir tale yazısı idi...  

Şükür Qubadlının fəxri idi. Hamı onunla fəxr edirdi.Xüsusilə atası Nəriman kişi  Vətənə belə qəhrəman oğul  böyütdüyünə görə qürur hissi keçirirdi. Çox  təəssüf  ki, Şükür  Həmidovun atası  Nəriman  müəllim  oğlunun ayrılığına dözə bilmədi  və o  da  haqqın dərgahına qovuşdu.  Şükür  Həmidov  Qubadlının quruculuğunu, xoşbəxt   günlərini  görə  bilmədi. Amma  Qubadlı  camaatı  Nəriman müəllimin oğlu Şükürün qəhrəmanlığını zaman-zaman gələcək nəsillərə çatdıracaq. İnanırıq ki, Şükürün doğulduğu torpaqda onun kimi cəngavər nər oğullar böyüyəcək. Onda Şükürün də ruhu şad olacaq. Vətəni, torpağı canından çox sevən, qanını  müqəddəs torpaqlarımıza halal edən Şükür Həmidovun ölməzliyi - əbədiyaşarlığı qarşısında baş əyirik. Vətən sağ olsun! 

Kəmalə ABDİNOVA

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri