Icma.az
close
up
RU
Jurnalistikanın strateji yol xəritəsi

Jurnalistikanın strateji yol xəritəsi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev həm III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı, həm də milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə media nümayəndələrinə ünvanladığı müraciətdə jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirib. Dövlət başçısı, xüsusilə 44 günlük Vətən müharibəsi, antiterror əməliyyatı dövründə Azərbaycan mediasının hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışdığını qeyd edib. Bildirib ki, ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynayıb, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirib.

Prezident Media Forumda söyləyib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib.

Sitat: "Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox".

Prezident söyləyib ki, Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu mənada media işçilərinin əhatə dairəsi nə qədər çox geniş olarsa, ölkə haqqında o qədər də dəqiq, dolğun və ədalətli məlumat dünya ictimaiyyətinə çatdırıla bilər.

"Burada hələ görüləsi işlər çoxdur. Ancaq mən deyə bilərəm ki, bizim mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli yeni reallıqdır", - dövlət başçısı söyləyib.

Milli mətbuat günü münasibətilə təbrikdə isə dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşüdüyü vurğulanaraq, qeyd olunub ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və "deepfake"lərin geniş vüsət aldığı müasir dövrdə mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat ?urasının (MŞ) sədr müavini Vüqar Zifəroğlu "525"ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələrinə ünvanladığı təbrik müraciəti həm simvolik, həm də strateji cəhətdən çoxqatlı və əhəmiyyətlidir. Təbrik mətninin yalnız yubiley təbriki deyil, eyni zamanda dövlətin media siyasətinə, jurnalistikanın funksiyalarına və gələcək çağırışlara dair kompleks baxış təqdim edir.

Onun sözlərinə görə, Prezidentin təbrikində "Əkinçi" qəzetinə xüsusi vurğu edilməsi klassik yanaşmanın davamı olmaqla yanaşı, maarifçilik hərəkatının ideya davamçısı kimi müasir medianın vəzifəsini də gündəmə gətirir. Burada Zərdabinin başladığı işin bugünkü jurnalistika üçün əhəmiyyətli bir ideya qaynağı olduğu fikri önə çəkilir.

Təbrikdə Ulu öndər Heydər Əliyevin medianın inkişafına töhfəsi xüsusi qeyd olunur: "Bu, təkcə siyasi rəhbərlik dövrünün xatırladılması deyil, həm də müasir medianın hüquqi və institusional əsaslarının necə formalaşdığını izah edir. Məhz həmin dövrdə senzuranın ləğvi, media azadlığına dair normativ çərçivənin qurulması kimi önəmli məqamlar dövlətin bu sahəyə sistemli yanaşmasının nümunəsidir. Prezident Əliyev təbrikdə müasir medianın rolunu "peşəkarlıq, obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik" çərçivəsində müəyyənləşdirir. Bu medianın həm ictimai məlumatlandırma, həm də milli ideologiyanın daşıyıcısı kimi ikili funksiyasına işarə edir. Əsas çağırışlar isə konkret şəkildə sadalanır: media savadlılığı; rəqəmsallaşma və süni intellektin tətbiqi; dezinformasiya və "deepfake"lərə qarşı mübarizə; sosial media fəallığı. Bu, ölkə rəhbərliyinin qlobal media mühitindəki transformasiyaları dərindən izlədiyini və Azərbaycan mediasının bu trendlərə uyğunlaşdırılmasına xüsusi önəm verdiyini göstərir".

V.Zifəroğlu əlavə edib ki, təbrikdə informasiya təhlükəsizliyi kontekstində Vətən müharibəsində medianın rolu xüsusi qeyd olunur. Prezident medianın dezinformasiyaya qarşı mübarizədə, haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında və cəbhə zonasındakı fəaliyyətində göstərdiyi fədakarlığı yüksək qiymətləndirir. Bu, medianın təkcə informativ deyil, həm də strateji resurs kimi dəyərləndirilməsinə nümunədir:

"Təbrikin sonlarına doğru Prezident jurnalistləri söz azadlığından sui-istifadənin qarşısını almağa, milli maraqları hər şeydən üstün tutmağa çağırır. Bu çağırış xüsusilə media müstəqilliyi ilə milli təhlükəsizlik arasındakı incə tarazlığın qorunması və jurnalistikanın əsasını təşkil edən sosial məsuliliyyət hissinin unudulmaması baxımından mühümdür. Burada həm media azadlığına bağlılıq, həm də professional etik çərçivənin qorunması ideyası paralel şəkildə irəli sürülür ki, bu, olduqca əhəmiyyətli və hər bir peşəkar jurnalistin əməl etməli olduğu məqamdır".

MŞ-nın sədr müavini təbrikdə müharibə və postmüharibə dövründə həlak olan jurnalistlərin xatirəsinin anılması, medianın yalnız informasiya daşıyıcısı deyil, həm də vətəndaşlıq və vətənpərvərlik nümunəsi olduğunu göstərir. Bu medianın sosial nüfuzunu artırmaqla yanaşı, həm də onun cəmiyyət üçün təhlükəli və çətin məqamlarda oynadığı rolu vurğulamaqdır.

V.Zifəroğlu söyləyib ki, Prezident İlham Əliyevin bu təbriki yalnız təbrik nitqi deyil, həm də media siyasəti üçün strateji vizyon sənədidir: "Təbrikdə keçmişə hörmət və tarixi mirasın davamı, bu günün reallıqları ilə media institutlarının rolu, gələcək çağırışlara hazırlıq və texnoloji transformasiya, media-millət-dövlət üçbucağında məsuliyyət bölgüsü aydın şəkildə ifadə olunur".

PƏRVANƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 24 İyul 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri