Icma.az
close
up
RU
Elm jurnalistikanın ən yaxın dostudur

Elm jurnalistikanın ən yaxın dostudur

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AMEA Rəyasət Heyətində milli mətbuatın 150 illik yubileyi münasibətilə keçirilən konfransda elmlə mətbuatın tarixi dostluğu və qarşılıqlı əlaqəsi söylənən mülahizələrin ana xəttini təşkil etdi.

Məclisi giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Milli Mətbuat Günü və 150 illik yubiley münasibətilə media nümayəndələrini təbrik etdi, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı. Ölkə elminin rəhbəri 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə əsası qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola ətraflı nəzər saldı, bu yolda milli mətbuatla milli elmin qoşa addımladığını vurğuladı.

İsa Həbibbəyli Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında, söz və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin rolundan xüsusi olaraq danışdı. O bildirdi ki, müasir dövrdə milli mətbuatımızın inkişafı ulu öndərin davamçısı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müstəqil dövlətin media siyasətinin mükəmməlliyi və demokratikliyi ilə bağlıdır.

AMEA rəhbəri son illərdə dövlət başçısının genişmiqyaslı fəaliyyəti çərçivəsində Azərbaycan mətbuatının öz inkişafını ən yüksək səviyyədə təmin etdiyini, Vətən müharibəsi zamanı medianın haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, saxta məlumatların ifşasında xüsusi fəaliyyəti ilə seçildiyini vurğuladı. Akademik söylədi ki, Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli sərəncamı müstəqil mətbuatın inkişafının dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet sahələrdən olduğunu bir daha təsdiqlədi: “Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, mətbuat işçilərinin təltif edilməsi, redaksiyalara maliyyə yardımının göstərilməsi ölkə başçısının jurnalistikaya göstərdiyi qayğının parlaq göstəricisidir”.

Görkəmli media nəzəriyyəçisi və tarixçisi, BDU mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, AMEA Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd, şöbənin baş elmi işçisi Gülbəniz Babayeva, AMEA Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri Ağahüseyn Şükürov, Gəncə Bölməsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov, Əməkdar jurnalist Xalid Niyazov, AMEA Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Ülkər Hüseynova, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Xatirə Quliyeva çıxış edərək Azərbaycan mətbuat tarixinin zəngin irsindən danışdılar, media texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə jurnalistikanın milli maraqları qorumaq missiyasının önəmini vurğuladılar.

Sonda Akademiyada çalışan bir qrup media işçisinə AMEA-nın təşəkkürnamə və fəxri fərmanlar təqdim olundu.

Tahir AYDINOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri