Icma.az
close
up
RU
Jurnalistin evindən oğurluq olub Nazirə müraciətə operativ reakisya verildi (YENİLƏNİB)

Jurnalistin evindən oğurluq olub Nazirə müraciətə operativ reakisya verildi (YENİLƏNİB)

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Əməkdar jurnalist Afət Telmanqızı evi qarət olunub.

Mia.az xəbər verir ki, bu barədə Afət Telmanqızı Daxili İşlər naziri Vilayət Eyvazova açıq məktub yazıb.

Mia.az həmin məktubu sizə təqdim edir:

“Cənab nazir!

Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında (şəhid qızı deyil) Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir. 

Artıq bir neçə fakt da təsdiqini tapıb. Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, kirayə haqqını ödəyəcəm deməklə yalan vədlər verərək, vaxt uzadır ən sonunda kirayə qaldığı evləri qarət edib qaçır. 

Bu işi də tək görmür. Oğlu və bir tanşı ilə birgə silsilə oğurluqlar edir. Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. 

Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Və Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə  bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. 

Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə videogörüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub. Kompüter, planşet, telefon və sair. Soyğunçuluq edərkən istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub. 

Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır. 

Hazırda səs yazısı göndərib mənə hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluqmu edir? Dələduzluqmu edir?  Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Təhlükəli cinayətkarın, gələcəkdə digər qurbanlarının olmaması üçün, bu qadın təcili həbs olunmalıdır. Xahiş edirəm işi ciddi nəzarətə götürəsiniz. Təşəkkür edirəm!".

***

Bu nüraciətdən bir neçə saat sonra jurnalist nazirə təşəkkür paylaşımı edib:

"Bir neçə saat əvvəl Daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu. İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!".

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://mia.az
archiveBu xəbər 17 Fevral 2025 20:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri