Icma.az
close
up
RU
Jurnalistkanın 2025 ci il itkiləri (SİYAHI)

Jurnalistkanın 2025 ci il itkiləri (SİYAHI)

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Başa vurmağa hazılaşdığımız 2025-ci il Azərbaycan mediası üçün bir sıra itkilərlə yadda qaldı. Bu il xəbər lentlərində dünyadan köçən xeyli jurnalistin adı yazıldı. Bir çox redaksiyada kimlərinsə masası və stulu boşaldı, bir fincan çay soyudu, sahibi həmişəlik qayıtmadı. Amma onların özləri olmasa da, yazdıqları qalacaq… Arxivlərdə, köhnə qəzet səhifələrində, internetdə… Ən çox da yaxınlarının, dostlarının və həmkarlanının xatirəsində...

Modern.az saytı bu il dünyasını dəyişən sözün keşikçiləri - jurnalistləri sizə xatırladıb

Əməkdar jurnalist Yasin Qaraməmmədli fevralın 15-də vəfat edib. 86 yaşında gözlərini əbədi yuman Y.Qaraməmmədli 20 ildən artıq müddətdə AzTV-də və Dövlət Radiosunda tərcüməçi, şərhçi, böyük redaktor və baş redaktorun müavini vəzifələrində çalışıb.

Jurnalist və sənətşünas Ziyadxan Əliyev martın 16-da vəfat edib. Onun 76 yaşı var idi. Əməkdar incəsənət xadimi fəxri adına malik olan Z.Əliyev Azərbaycan təsviri sənətin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Onun 100-dən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin nüfuzlu jurnallarında dərc olunub.

Əməkdar jurnalist Valeh Məhərrəmli aprelin 2-də vəfat edib. 73 yaşında dünyasını dəyişən jurnalist 1991-ci ildən "Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini işləyib.

Jurnalist, şair Pənah Rüstəm aprelin 22-də vəfat edib. 69 yaşında həyatla vidalaşan Pənah Rüstəm uzun müddət "Baku”/"Bakı” qəzetlərində çalışıb, "Media Press” informasiya agentliyinin rəhbəri olub.

Əməkdar jurnalist İlyas Adıgözəlli iyunun 4-də vəfat edib. İ.Adıgözəlli 1963-2007-ci illərdə Azərvaycan Dövlət Radiosu və Televiziyasında şöbə müdiri, baş redaktorun müavini, baş redaktor, şərhçi vəzifələrində çalışıb. Bakı Avrasiya Universiteti və Bakı Slavyan Universitetinin Jurnalistika fakültələrində dərs deyib. 87 yaşında vəfat edən İ.Adıgözəlli Əməkdar jurnalist Fikrət Adıgözəllinin atasıdır.

Jurnalist, yazıçı, tərcüməçi Ağaddin Babayev iyunun 21-də 69 yaşında vəfat edib. O, jurnalist kimi uzun illər "Lənkəran" qəzetində çalışıb, "Bakinski raboçi" qəzetinin, APA informasiya agentliyi və APA TV-nin bölgə müxbiri olub.

Avqustun 13-də jurnalist, şair və nasir Kəramət Şükürov vəfat edib. Onun meyiti küçədə aşkar olunub, vəfat səbəbi isə infarkt olub. Mərhum 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub. "Ulduz" jurnalı ilə əməkdaşlıq edib.

Jurnalist, şair, publisist Məmməd İsmayıl avqustun 19-da 85 yaşında vəfat edib. Onun da vəfat səbəbi ürək çatışmazlığı olub. M.İsmayıl 1966–1973-cü illərdə "Azərbaycan Dövlət Radio və Televiziya" komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, 1975–1976-cı illərdə "Ədəbiyyat və incəsənət" qəzetində müxbir, 1976–1980-ci illərdə "C. Cabbarlı adına Azərbaycanfilm" studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, 1980–1983-cü illərdə "Yazıçı" nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini, 1983–1987-ci illərdə "İşıq" nəşriyyatının direktoru işləyib. 1988–1992-ci illərdə çıxan nüfuzlu "Gənclik" - "Молодость" jurnalının baş redaktoru olub. 1992–1993-cü illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" şirkətinin sədri vəzifəsində çalışıb.

Jurnalist, siyasi şərhçi Rüstəm Qaraxanlı avqustun 27-də dünyasını dəyişib. 1978-ci təvəllüdlü R.Qaraxanlı "Oxu.az" saytının redaktoru işləyirdi.

Jurnalist və siyasi şərhçi Rasim Ağayev sentyabrın 14-də 85 yaşında dünyasını dəyişib. 1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli "Azradio” yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, "Novosti Press” agentliyinin, "Trud” qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb. O, "Novosti Press” agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.

1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun mətbuat katibi işləyib.

Rasim Ağayev 1991-1992-ci illərdə isə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi olub. 

Hərbi jurnalist, tədqiqatçı Şəmistan Nəzərli sentyabrın 20-də 83 yaşında vəfat edib. O, uzun illər AzTV-nin Hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri, Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri, AzTV-nin "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru işləyib.

Oktyabrın 12-də vəfat edən jurnalist və yazıçı Nizami Rəhmanlının 73 yaşı var idi. Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV-də başlayıb, "Azərbaycan", "Respublika" və "Panorama" qəzetlərində çalışıb.

Uzun illər Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəzifəsini tutan Şahin Babayev noyabrın 11-də vəfat edib. O, 61 yaşında ürək tutmasından dünyasını dəyişib.

Jurnalist Emin İbrahimov noyabr ayının əvvəllərində Türkiyədə yol qəzasında həlak olub. Emin İbrahimovun 44 yaşı var idi. O, "Euronews” telekanalında fəaliyyət göstərirdi.

"Technote.az" saytının baş redaktoru Emil Nəcəfov noyabrın 7-də vəfat edib. Mərhumun 31 yaşı vardı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri