Icma.az
close
up
RU
Jurnalistlərin Binası nda qalmaqal yaradan CityNet indi də redaksiyanı internetsiz qoyub

Jurnalistlərin Binası nda qalmaqal yaradan CityNet indi də redaksiyanı internetsiz qoyub

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda internet provayderlərinin xidmət keyfiyyətinin bərbad vəziyyətdə olduğunu xüsusi izah etməyə ehtiyac yoxdur. Lakin bu provayderlərin arasında bərbaddan da bərbad olanları var ki, bunlardan da biri “CityNet”-dir...

Provayderin küçə-küçə, ev-ev düşüb xidmət təklif edən əməkdaşları əhalini, ayrı-ayrı təşkilatları guya keyfiyyətli, sürətli internet və sərfəli qiymətlərlə şirnikləndirir. Ancaq bu vədlərə inananlar çox keçməmiş necə bir tora, daha dəqiq desək, necə bir zibilə düşdüklərini anlayırlar. İnternetin verilməsində tez-tez baş verən kəsintilər, 3-5 gündən bir ümumiyyətlə internet verilişinin “texniki işlər” adı altında dayandırılması abunəçiləri təngə gətirib.

Elə “AzPolitika” saytının redaksiyası olaraq, bu provayderin abunəçisi kimi biz özümüz də “CityNet”-lə müqavilə bağlamağımıza, yumçaq desək, peşmanıq.

Elə bu gün – sentyabrın 26-sı səhər saatlarından başlayaraq, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanında yerləşən redaksiyamız internetsiz qalıb. Operatorla canlı əlaqə saxlamaq mümkün deyil. Heç kim telefonu götürüb baş verənlərə görə izahat vermək istəmir. Saytda iş saatı 8.00-da başladığı halda, redaksiyaya intenet yalnız saat 10-u keçəndən sonra verilib. Şirkət rəhbərliyi ilə əlaqə saxlamaq isə ümumiyyətlə mümkünsüzdür, operatorlar rəhbərlikdən heç kimin nömrəsini vermir.

Bu gün səhərdən şirkətə edilən zənglərə robot tərəfindən cavab olaraq “Nərimanov rayonunda gedən texnili işlərlə əlaqədar” internetin olmadığı elan edilir. Bilmək omur, Nərimanovda gedən işlərin Xətai rayonuna nə aidiyyatı var və bu işlər nə zaman bitəcək?

Ümumilikdə sözügedən provayderdə 3-5 gündən bir texniki işlər adı altında bu cür uzunmüddətli kəsintilər adi hal alıb. Texniki xidmət, servis bərbad vəziyyətdədir. Dəfələrlə çağırdığımız şirkətin texniki əməkdaşları isə şikayətlərimizi eşidəndən sonra “başqa provayder seçin” deyirlər. Yəni, abunəçi işini-gücünü atıb, 3 gündən bir provayder dəyişməlidir? Xidmət mədəniyyəti budur?

Lakin bu şirkətin yalnız bir “üstün” cəhəti var: abunə haqqı bircə saniyə gecikən kimi internet kəsilir. Yəni, pul almaqda ustadırlar, vaxtlı-vaxtında, kəsintisiz, keyfiyyətli internet verməkdə isə sıfırdırlar! Təbii ki, internetin kəsilməsindən işi internetlə bağlı olan insanlara, təşkilatlara dəyən maddi və mənəvi ziyansa provayderi qəti maraqlandırmır...

Bütün bunları ictimailəşdirməkdə məqsədimiz əlbəttə ki, anti-reklam deyil. Sadəcə, operatorlar vasitəsilə provayder rəhbərliyinə çatdıra bilmədiklərimizi sayt vasitəsilə çatdırmaq məcburiyyətindəyik. Bəlkə məsuliyyətlərini dərk edər və olmayan abunəçiyə xidmət mədəniyyəti məsələsi üzərində düşünərlər...

Yeri gəlmişkıən, Mia.az yada salır ki, vaxtilə "MTN işi"nə görə tutulan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynova məxsus olan, lakin həbsindən sonra "əl dəyişən" “CityNet” ticarət nişanının sahibi “Uninet” MMC avqust ayında “KATV1” ticarət nişanının sahibi “AG telekom” MMC-ni də satın aıb.

Artıq hər iki MMC-nin qanuni təmsilçisi İlqar Şamil oğlu Nəhmədovdur.

Maraqlıdır, KATV1 niyə satılıb? Ümumiyyətlə, Sity-net bu gücü haradan və necə alır ki?

Onu da qeyd edək ki, Şirkət Bakının Səbail rayonu ərazisində yerl\şən Jurnalistlərin bnasında da "hoqqa"lar verib. Bu barədə Mia.az-da bir neçə xəbər yayımlanıb.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see156

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see146

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri