Icma.az
close
up
RU
Kadi: “5 milyon ödəyən klub onu asanlıqla icarəyə buraxmaz” MÜSAHİBƏ

Kadi: “5 milyon ödəyən klub onu asanlıqla icarəyə buraxmaz” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borgesin Futbolxeber.az saytına müsahibəsi

- “Qarabağ”a geridönüşünüzü necə qiymətləndirirsiniz? Bu mövsüm sizin üçün nə ilə yadda qaldı?

- Bu mövsümü hər zaman sevgi ilə xatırlayacam. Çünki getdiyin kluba qayıdanda müəyyən şübhələr olur. Çox şükür ki, mənim üçün hər şey uğurlu alındı. Çempin olduq. Artıq kubokun finalını düşünməliyik.

- Final üçün şansları necə dəyərləndirirsiniz?

- İnanıram ki, bütün finallar kimi, bu matç da maraqlı keçəcək. Oyun ərzində qol epizodlarının çox olacağını düşünmürəm. Layiqli olan qələbə qazansın.

- Azarkeşlər yenidən “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynamasını arzulayırlar. Bu, nə dərəcə realdır?

- Hər il olduğu kimi, bu ilə də məqsədimiz Çempionlar Liqasının qrupudur. İnanıram ki, hər nə qədər çətin olsa da, bu dəfə hədəfimizə çatacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

- Mətbuatda Juninyonun “Qarabağ”a qayıdacağı barədə xəbərlər yayılıb. Onunla birgə oynamaq istərdinizmi?

- Mətbuatda, sosial şəbəkələrdə bu cür xəbərlər çox çıxır. Deyilənlərə inanmaq lazım deyil. Çünki 5 milyon ödəyən klub onu asanlıqla icarəyə buraxmaz. Bu cür xəbərlərə diqqət yönəltməməliyik. “Qarabağ”ın potensialı istədiyi hədəfə çatmağa imkan verir.

- Əvvəlki “Qarabağ” gəlişinizdən sonrakı “Qarabağ”dan nə ilə fərqlənir?

- O qədər də böyük fərq, dəyişiklik görmürəm. Baş məşqçimizin iş metodu eynidir. Komandada müntəzəm olaraq heyət dəyişir. Ümumi götürdükdə böyük dəyişiklik hiss olunmur.

- Bəs cari mövsümdə ölkə çempionatında hansı komanda sizi təəccübləndirdi?

- Müqayisə apardıqda əvvəlki illərlə müqayisədə liqada inkişaf görürəm və ümid edirəm ki, belə də davam edəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 May 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see867

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see263

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see228

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see204

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see194

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see161

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see153

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see151

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see145

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see134

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see133

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri