Icma.az
close
up
RU
Kadırov 17 yaşlı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib

Kadırov 17 yaşlı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kadırov 17 yaşlı oğlunu Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin edib

Çeçenistan lideri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırov çox güman ki, yeni yüksək vəzifə - respublikanın Təhlükəsizlik Şurasının katibi olub. “Aqentstvo” buna diqqət çəkərək qeyd edib ki, respublika Təhlükəsizlik Şurası və rəsmi Çeçenistan KİV-ləri məhz bu statusda Adamın adını çəkməyə başlayıblar.

"Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının katibi Adam Ramzanoviç Kadırovun əmrinin icrası çərçivəsində onun müavinləri Aslan Julaqov və Salambek Abdraşitov Rusiya Fövqəladə Hallar Nazirliyinin Çeçenistan Respublikası üzrə Baş İdarəsinin rəisinin birinci müavini Rizvan Zalayevlə növbəti işgüzar görüş keçirib", - deyə nəşrin məlumatında deyilir. Bu mətn Çeçenistan hökuməti tərəfindən təsis edilmiş “Qroznı-İnform” və “Chechnya Today” dövlət KİV-ləri tərəfindən demək olar ki, hərfi şəkildə təkrar nəşr edilib.

Əvvəllər Təhlükəsizlik Şurasının katibi vəzifəsini respublika başçısının qardaşı oğlu Həmzət Kadırov tutub. Məsləhətçi qurumun rəhbərliyində dəyişikliklə bağlı hələlik rəsmi açıqlama yoxdur. Çeçenistan Təhlükəsizlik Şurasının saytında hələ də Həmzət Kadırov onun katibi kimi göstərilir. Onun haqqında dövlət nəşrlərində sonuncu xəbər aprelin 7-də, Çeçenistan Respublikası Həmkarlar İttifaqları Federasiyasının yubiley medalı ilə təltif edildiyi gün olub.

Adam Kadırov 2023-cü ildə Qroznıdakı istintaq təcridxanasında Quranı yandırmaqda ittiham olunan Nikita Juravel-i döydükdən sonra ictimaiyyətin diqqət mərkəzinə düşüb. Hadisədən sonra Adam çoxsaylı mükafatlar və təyinatlar almağa başlayıb.

Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 23 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri