“Kadırov onu bizim təyyarəni vurduğuna görə mükafatlandırıb”
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çeçenistan rəhbəri Ramzan Kadırov Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən qardaşı oğlu Həmzət Kadırovu "Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə" medalı ilə təltif edib. Mükafatlandırmanın Azərbaycan tərəfinin AZAL-ın təyyarəsinin Rusiya tərəfindən vurulmasını bəyan etməsindın bir neçə saat sonra baş tutması ciddi müzakirələrə səbəb olub. Kadırovun bu addımını necə dəyərləndirmək olar?
Mövzuyla bağlı Bakupost.az -a danışan ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Kadırovun qardaşı oğlunu mükafatlandırmasının səbəbi AZAL-ın təyyarəsini vurmasıdır:

“Ukrayna Qroznıda istənilən yeri vura bilir. Rusiya bu hücumların qarşısını ala bilmir. Bununla belə bizim təyyarəni vuran kimi Kadırov “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə Təhlükəsizlik Şurasının katibi vəzifəsini icra edən qardaşı oğlu Həmzət Kadırovu təltif edir. Belə çıxır ki, Kadırov qardaşı oğlunu məhz bizim təyyarəni vurduğuna görə mükafatlandırıb.
Görünür, bu, Rusiyanın planlaşdırılmış hərəkəti imiş. Ona görə də, bu planı həyata keçirənlər mükafatlandırılıb”.
Rəhman Mirzəlizadə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 27 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















