Icma.az
close
up
RU
“KADIROVLA KREML ARASINDA MÜNAQİŞƏ YARANIB” “Qızı buna görə istefa verib”

“KADIROVLA KREML ARASINDA MÜNAQİŞƏ YARANIB” “Qızı buna görə istefa verib”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Son zamanlar Çeçenistan başçısı Ramzan Kadırovla Kreml arasında münasibətlər ciddi dərəcədə soyuyub.

“AzPolitika” xəbər verir ki, bu barədə “Vajnıye İstorii”(Mühüm hekayələr) nəşrində məlumat dərc edilib.

Nəşr hətta Rusiya hakimiyyətindəki mənbələrinə istinadla yazır ki, Kadırov Kremllə münaqişəyə girib. Belə ki, Rusiya FSB-si Kadırovun öz maliyyə aktivlərinin və ailəsinin təhlükəsizliyini başqa ölkələrlə müzakirə etdiyini öyrənib. Nəşr qeyd edir ki, bu barədə məlumat Şimali Qafqaza təhkim olunmuş keçmiş və hazırkı FSB yetkililərindən daxil olub. Məlumatı eyni regionda işləyən bir sıra hüquq müdafiə təşkilatları da təsdiqləyib. Mənbələrin sözlərinə görə, münaqişənin əsas səbəbi FSB-yə Kadırovla “Yaxın Şərq müsəlman monarxiyalarının nümayəndələri” arasında Kremllə razılaşdırılmayan və getdikcə çoxalan danışıqlara dair məlumatların daxil olmasıdır. Məlumatlara görə, Çeçenistan rəhbəri adı açıqlanmayan müsəlman ölkələri başçıları ilə gizli şəkildə öz aktivlərinin gələcəyini və ailə üzvlərinin təhlükəsizliyini müzakirə edir. Bütün bunlar onun xəstəliyi fonunda baş verir.

Təbii ki, Kadırovun Kremllə razılaşdırmadan bu cür gizli əlaqələr qurması və bunu gücləndirməsi Putinin və ətrafının xoşuna gəlmir.

Nəşr qeyd edir ki, Moskva ilə münasibətlərin korlanması fonunda Kadırovun qızı Ayşat fevral ayında Çeçenistan Baş nazirinin müavini vəzifəsindən istefa verib.

Bu fikir ayrılığı Kadırovun ən yaxın adamı, Dövlət Dumasının deputatı Adam Delimxanova da təsir edib. “VÇK OQPU” kanalının məlumatına görə, Dəlimxanov yaxın adamlarına deyir ki, “yuxarıdan” ona xüsusilə də müxtəlif güc çəkişmələrində, daxili “razborkalar”da daha az görünmək tapşırılıb. Bu məlumatı “Vajnıye İstorii”-nin mənbələri də təsdiqləyib.

Hər necə olsa, bundan öncə də FSB-də və ümumilikdə Rusiya güc strukturlarında Kadırovu qətiyyən sevmədikləri bəlli idi. Belə görünür ki, Kadırovun kənarda, müsəlman monarxiyalarında özünə dayaq axtarması Rusiya güc strukturlarını Kremli Kadırova qarşı qaldırması üçün əlavə fürsət yaradıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see162

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see159

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see150

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see150

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see121

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri