Icma.az
close
up
RU
LAVROVLA DMİTRİYEV ARASINDA MÜNAQİŞƏ... “Səudiyyə Ərəbistanında stul üstündə dava ediblər” + FOTO

LAVROVLA DMİTRİYEV ARASINDA MÜNAQİŞƏ... “Səudiyyə Ərəbistanında stul üstündə dava ediblər” + FOTO

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevi heç cür “həzm edə” bilmir.

“AzPolitika” xəbər verir ki, Rusiyanın “Agentlik” layihəsi Lavrovla Dmitriyevin münaqişədə olduğuna dair maraqlı özəl məlumat yayıb.

Qeyd olunur ki, Vladimir Putinin Səudiyyə Ərəbistanına ABŞ-nin yüksək vəzifəli təmsilçilərilə görüşə göndərdiyi nümayəndə heyətində qalmaqal yaşanıb. “Agentlik” öz mötəbər mənbələrinə istinadla bildirir ki, görüş zamanı Lavrovla Dmitriyev amerikalıların gözü qarşısında stul üstündə dava ediblər.

Nəşrin məlumatına görə, əvvəlcə Səudiyyə Ərəbistanına Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovun uçması planlaşdırılırdı. Lakin Putin qəfildən xüsusi nümayəndəsi Kirill Dmitriyevi də nümayəndə heyətinə qatıb və Lavrova bu barədə xəbərdarlıq edilməyib.

Nəşrin yazdığına görə, Lavrov bundan hiddətlənib və Dmitriyevə danışıqlar zalında stul verməkdən imtina edib. Amerikalılar buna çaşqınlıqla baxıblar.

Mənbələr bildirib ki, Lavrov onun stulunu masanın yanından itələyərək deyib: “Əgər o (Dmitriyev) iştirak etmək istəyirsə, bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat versin”.

Bundan sonra Dmitriyev zalı tərk edərək jurnalistlərlə söhbət etmək üçün dəhlizə çıxıb. Həmin gün görüşlə bağlı fotolardan da görünürdü ki, nümayəndə heyətinin tərkibində olmasına baxmayaraq, Dmitriyev ameriaklılarla görüşdə masa arxasında yoxdur, əvəzində, dəhlizdə Qərb mətbuatına açıqlama verir.

Belə görünür ki, Lavrovun riyakar, yalançı, saxtakar eqosu Putinin heç bir diplomatik təcrübəsi olmayan Dmitriyevi qabağa verməsinə qısqanclıqla yanaşır. Lakin ona qarşı nəsə etməyə də acizdir. Çünki Dmitriyev Lavrovdan fərqli olaraq, “ailənin adamı” sayılır. Məlum olduğu kimi, o, Putinin qızının rəfiqəsinin əridir və Dmitriyevin böyük bir dövlət fonduna rəhbərlik etməsi, daha sonra isə ABŞ ilə strateji əhəmiyyətli danışıqalrda Putini təmsil etməsi də bundan irəli gəlir.


“Agentlik” isə yazır ki, Rusiya nümayəndə heyətində düşən “stul davası”nın kökündə Putinin yaramaz idarəçiliyi durur: "Hamı bir-bir Putinin yanına gedir və o, hamıya fərqli şeylər deyir. Danışıqlar zamanı heç kimin Rusiyanın tələblərini konkret şəkildə formalaşdıra bilməməsinin səbəblərindən biri də budur".

C.Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri