Kadırovun bu görüntüləri gündəm oldu: VİDEO
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Jurnalistlər Çeçenistan rəhbəri Ramzan Kadırovun Qroznıda tikinti sahəsinə səfəri zamanı onun təhlükəsizlik xidmətinin fəaliyyətini lentə alıblar.
Globalinfo.az xəbər verir ki, görüntülər “GTRK Vaynax” kanalının teleqram səhifəsində yayımlanıb.
Kadrlardan göründüyü kimi, Kadırovun ətrafında müxtəlif formalarda ən azı on nəfər mühafizəçi olub. Onların sırasında klassik kostyumlu cangüdənlər, kamuflyaj geyimli hərbçilər, qara geyimli silahlı mühafizəçilər yer alıb.
Cangüdənlər Kadırovu sağ və sol tərəfdən müşayiət edir, çantalar daşıyırdılar. Qara geyimli mühafizəçilər isə daha uzaq məsafədən müşahidə aparır, radioda əlaqə saxlayır, xüsusi cihazlarla ərazini izləyirdilər.
Həmçinin videoda ağır avtomata bənzər silah daşıyan bir mühafizəçi diqqət çəkib. Kadırovdan bir neçə addım arxada isə onun azyaşlı oğlu Adam Kadırov müşahidə olunub. Bildirilib ki, Adam atasının mühafizə xidmətində rəhbər post tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 Sentyabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















