Icma.az
close
up
RU
Kağız dəvətnamələrin verdiyi xüsusi emosional dəyər indi itirmi? EKSPERT AÇIQLADI

Kağız dəvətnamələrin verdiyi xüsusi emosional dəyər indi itirmi? EKSPERT AÇIQLADI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə toy dəvətnamələrinin kağız üzərində deyil, elektron formada göndərilməsi geniş yayılıb. İnsanlar yaxınlarını artıq WhatsApp üzərindən videoçarx, səsli və ya yazılı dəvətlərlə toylara çağırır. Bəziləri bu yeniliyi praktiki və sürətli hesab edir, digərləri isə kağız dəvətnamələrin verdiyi emosional təcrübəni darıxır.

Bəs görəsən, gələcəkdə bütün toy dəvətnamələri tamamilə elektronlaşa bilərmi? Son illərdə elektron dəvətnamələr niyə bu qədər populyarlaşıb? Kağız dəvətnamələrin verdiyi xüsusi emosional dəyər indi itirmi?

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib ki, bu məsələ tənqid olunmalı və ya sıxışdırılmalı bir hal deyil:

"Çünki informasiya əsrində yaşayırıq – kompüterləşmə, virtuallaşma həyatımızın hər sahəsinə sirayət edib. Eləcə də toy dəvətnamələrində bu dəyişiklik özünü göstərir. Mən tərəfdarıyam ki, bir neçə nüsxə – xüsusilə də ən yaxın qohumlar üçün dəvətnamə çap olunaraq təqdim edilsin. Bu, həm yaxın qohumlara olan ehtiramın, həm də müəyyən bir mədəniyyətin göstəricisidir. Əl ilə aparıb dəvətnaməni çatdırmaq – bu, artıq özlüyündə bir hörmət, bir münasibət formasıdır. Həm də ki, belə dəvətnamələr ailələr üçün bir xatirə kimi qalır. Gələcəkdə, məsələn, ailə albomunda həmin dəvətnamənin yer alması, 10-15 il sonra ona baxıb xatirələrə dalmaq – bu, çox dəyərli bir hissdir.

Amma bir toyda 300-500 nəfər qonaq varsa, bu qədər dəvətnamənin çap edilməsi mənə bir qədər lüzumsuz görünür. Çünki artıq elə bir dövrdə yaşayırıq ki, hər dəqiqənin belə qiyməti var. Əvvəllər insanlar qapı-qapı dəvətnamə paylayırdı, vaxt bol idi. Amma indi zaman çox sürətlidir, işlər çoxdur, hər dəqiqənin hökmü var. Əgər bir dəvətnamə onlayn yolla – mesajla, WhatsApp-la və ya e-mail vasitəsilə çatdırıla bilirsə, mən bunda heç bir qəbahət görmürəm. Bu, dövrün tələbidir. Ancaq yenə də vurğulayıram – ənənənin qorunması baxımından 15-20 ədəd çap olunmuş dəvətnamə hazırlamaq lazımdır. Ailə böyükləri, yaxın qohumlar, xüsusi insanlar üçün o klassik yanaşmanı saxlamaq vacibdir. Həm hörmət olaraq, həm də adət-ənənənin itməməsi baxımından bu, olduqca önəmlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri