Icma.az
close
up
RU
Kahramanmaraşdakı Azərbaycan məhəlləsi: münasibətlərin duyğulu və qürurlu rəmzi

Kahramanmaraşdakı Azərbaycan məhəlləsi: münasibətlərin duyğulu və qürurlu rəmzi

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İki gün əvvəl prezident İlham Əliyev Türkiyədə idi. Bu işgüzar səfərin məqsədi Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsinin açılışında iştirak etmək idi.

Bilirsiniz ki, 2023-cü il fevralın 6-da Türkiyənin 11 əyalətində dağıdıcı gücə malik zəlzələ baş vermişdi. Həmin zəlzələdə Türkiyə 53 min 735 nəfər insan itirdi. Onların 12 min 796 nəfəri Kahramanmaraşlı idi. Bu, onu göstərir ki, Kahramanmaraş zəlzələnin ən çox zərər vurduğu, ən çox insanın həlak olduğu bölgədir. Çünki zəlzələnin episentri bu bölgəyə düşmüşdü. Buna görə də Azərbaycan dövlətinin məhz Kahramanmaraşda - şəhər mərkəzində məhəllə tikməsi təsadüfi deyil. Məhəllə elə "Azərbaycan" adlanır.

Məlumat üçün deyək ki, fəlakətin ilk Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər olunmuşdu. Bir yanda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin axtarış-xilaserətmə dəstələri sözün tam mənasında fövqəladə qəhrəmanlıq göstərdilər; 53 nəfəri dağıntıların altından sağ çıxardılar, 3200 yaralıya Azətbaycan həkimləri tibbi xidmət göstərdi.

Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi 27,6 hektarlıq ərazidə salınan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və başa sosial obyektlər inşa etdi. Burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

“Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi artıq tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.

Bütün bunlar Kahamanmarşın ürəyindədir artıq. Maraşlılar və bütövlükdə Türkiyənin 80 milyondan çox əhalisi bu jesti, bu dəstəyi həmişə görəcək, şahidi olacaq, unutmayacaq.

Türkiyədə "Əsrin fəlakəti" adlandırılan bu zəlzələnin nəticələrinin aradan qaldırılması istər-istəməz 1915-1916-cı illərin ci Canaqqala döyüşü və qazanılmış tarixi zəfəri, eləcə də, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsini xatırladır. Bu savaşlarda Anadolu və Qafqaz türkləri çiyin-çiyinə döyüşmüş və tarix yazmışlar. Bundan başqa 2020-ci il 27 sentyabr- 10 noyabr tarixləri arasındakı 44 günlük Vətən müharibəsində Azərbaycanın xalqına, dövlətinə və ordusuna Türkiyənin verdiyi siyasi-mənəvi dəstək də unudulmaz bir qardaşlıq nümunəsi idi. Həyatda - insanlar arasında münasibətlərin nümunələrində də görürük: bəzən atabir-anabir qardaşlar da bioloji doğmalığa, qan birliyinə baxmayaraq, dost ola bilmirlər, hətta dünya malına görə düşmənə çevrilənlər də var. Azərbaycanla Türkiyə isə bu anlamda tamamilə fərqli örnəkdir. Prezident İlham Əliyevin Kahramanmaraşda da dediyi kimi, Azərbaycanla Türkiyə qardaş, dost, müttəfiq ölkələrdir. Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi də Azərbaycanın Anodulu türklərinə - Türkiyənin cəmiyyətinə qardaşlıq dəstəyi olmaqla Azərbaycan və Anadolu türklərinin qardaşlığına qoyulmuş abidədir.

Bu gün Ermənistan baş nazirinin Türkiyəyə səfəri, "Ermənistan açılımı" haqda söhbətlər gedir. Azərbaycanı və Türkiyəni sevməyənlər, Azərbaycan-Türkiyə qardaşlığını istəməyən xarici dairələrin yandaşları bundan fürsət kimi istifadə edərək, iki ölkənin münasibətlərinə zərər vurmağa çalışırlar. Ancaq anlamırlar ki, Azərbaycan prezidenti Ermənistan baş nazirindən bir gün əvvəl Türkiyədə idi; prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə açılış törənindəydi, görüşdülər, danışdılar. Çox güman ki, Türkiyə prezidenti Azərbaycanlı mövqedaşı ilə bu məsələ haqqında Paşinyanın səfərindən əvvəl söhbət olub. Eyni zamanda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da İslam Əməkdaşlıq Təşkilatının tədbirində iştitak vəsiləsi ilə Türkiyəyə səfəri var. Heç şübhəsiz ki, Türkiyəli məsləkdaşı ona Türkiyə-Ermənistan təmasları haqqında aydın və dolğun bilgi verəcəkdir.

Bura qədər bir şey tam aydındr ki, Azərbaycanla Türkiyə təkcə dövlətlər olaraq dost, qardaş və müttəfiq deyillər. Azərbaycan Türkiyənin hökuməti ilə yanaşı, xalqı ilə də birbaşa və təbii müttəfiqdir. Bu yerdə Şuşa Bəyannaməsini xatırlatmaq yerinə düşür. Həmin sənəddə deyilir ki, hər iki tərəf öz münasibətlərini "Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edərək" inkişaf etdirəcək.

Bu isə deməyə əsas verir ki, Azərbaycan Ermənistanlair danışıqlarda Türkiyənin dəraq maraqlarını öndə tutduğu kimi, Türkiyə də Ermənistanla kontaktlarında Azərbaycanın həssaslığını da nəzərə alaraq addımlar atacaq.

Yeri gəlmişkən, Ermənistanın özündə ekspertlər və bir çox siyasətçilər Türkiyənin Azərbaycanla məsləhətləşmədən, razılaşmadan Ermənistanla normallaşmaya getməyəcəyi haqda, demək olar, yekdil bir fikirdədirlər.

Orxan, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri