Icma.az
close
up
RU
Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi hər bir türkün qəlbində iftixar və qürur hissi doğurur ŞƏRH

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi hər bir türkün qəlbində iftixar və qürur hissi doğurur ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 iyun, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılışı hər bir azərbaycanlının və türkün qəlbində iftixar və qürur hissi doğurur. 2023-cü ilin fevralında baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycanın göstərdiyi qardaş dəstəyi bu gün real bir yaşayış məkanına çevrilərək tarixə yazıldı. Mən də fəlakətin ilk günlərində bir sıra həmkarlarımla birlikdə Kahramanmaraşda olmuş, zəlzələnin ağır nəticələrini yerində görmüş və xalqımız adından başsağlığı vermişdim. O zaman insanların yaşadığı dərdləri, itkiləri, acıları birbaşa görərək, bu xalqın necə böyük iradəyə sahib olduğuna bir daha şahidlik etmişəm.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, bu gün həmin bölgədə “Azərbaycan” məhəlləsi kimi bir layihənin reallığa çevrilməsi, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışın gerçəkləşməsi bir daha sübut edir ki, Azərbaycan-Türkiyə münasibətləri, sadəcə, diplomatik müstəvi ilə məhdudlaşmır – bu münasibətlər qardaşlıq, mənəviyyat və həmrəylik üzərində qurulub.

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilən bu layihə bir yaşayış məntəqəsindən daha artıq anlam daşıyır – bu, dostluğun, mərhəmətin və bir millətin digər millətə dayaq olmasının simvoludur.

Deputat qeyd edib ki, “Azərbaycan” məhəlləsində yalnız evlər deyil, eyni zamanda, mədəniyyət mərkəzləri, ticarət obyektləri də inşa olunub. Bu, bizim niyyətimizin təkcə zəruri yaşayış deyil, həm də layiqli və xoş bir həyat təmin etmək olduğunu göstərir.

“Prezident İlham Əliyevin açılışda səsləndirdiyi fikirlər, – “biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq”, – əslində, bu tarixi münasibətlərin mahiyyətini qısa və çox dolğun şəkildə ifadə edir. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu layihə bir daha göstərdi ki, biz eyni ağrını bölüşür, eyni ümidlərlə birgə addımlayırıq. Əminəm ki, bu qardaşlıq daha da möhkəmlənəcək və gələcək nəsillərə örnək olacaq”, - deyə Fatma Yıldırım vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri