Icma.az
close
up
RU
KAİDER Sarıkamış şəhidlərini yad etdi

KAİDER Sarıkamış şəhidlərini yad etdi

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Böyükçekmece Atatürk Mədəniyyət Mərkəzində Qars–Ərdahan–İğdır Mədəniyyət və Həmrəylik Dərnəyi (KAİDER) tərəfindən “Şeirlər, Ağılar, Söyləşilər ilə Sarıkamış Dastanı” adlı tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə başlayan proqram duyğu dolu anlara səhnə olub. Tədbirdə oxunan şeirlər, səhnələşdirilən tamaşası və müxtəlif dillərdə ifa olunan ağılar Sarıkamışda yaşanan böyük fədakarlığı iştirakçılara bir daha hiss etdirdi.

Proqramın ən diqqətçəkən bölümlərindən biri Prof. Dr. Bingür Sönmezin anlatımı ilə təqdim edilən Sarıkamış Dastanı oldu. Özü də Sarıkamışlı olan Sönmez, Sarıkamış Hərəkatının tarixi gedişini, yaşanan çətinlikləri və əsgərlərin insanüstü mübarizəsini təsirli nümunələrlə izah edərək, ata-babalarının yaşadığı ağrıları salonu dolduran iştirakçılara yaşatdı.

KAİDER sədri Burçay Yıldız çıxışında Sarıkamış şəhidlərini 111-ci ildönümündə rəhmət və minnətlə andıqlarını bildirdi:
“Sarıkamış Hərəkatı şanlı tariximizin ən kədərli, lakin bir o qədər də şərəfli səhifələrindən biri kimi yaddaşlarımızda yer alan bənzərsiz bir igidlik dastanıdır.
Sarıkamış Dastanı ən az Çanaqqala Zəfəri qədər önəmlidir; millətimizin taleyini, inancını və fədakarlığını ifadə edən böyük bir qəhrəmanlıq tablosudur.
Xüsusilə millətimizə istiqamət verən idarəçilərimizin və gələcəyimizə yön verəcək gənc nəsillərimizin dərindən ibrət almalı olduğu tarixi bir mirasdır.
Sarıkamış Hərəkatı – ürəklərdə daşınan Vətən, millət və bayraq sevgisinin, bənzərsiz bir sağlam düşüncənin və yüksək sədaqətin, qorxularını aşanların, ölümü öldürənlərin zəfəridir.

Sarıkamış Dastanını yaşatmaq, ona sahib çıxmaq Qars, Ərdahan, İğdır dərnəklərinin, siyasətçilərin, sənətçilərin, elm və bilik insanlarının – yəni biz nəvələrin boynunun borcudur.
Sarıkamışda soyuq və ağrı ilə yazılan, qarlar altında qalan bu dastanın 111-ci ilində bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, mənəvi huzurlarında minnətlə baş əyirəm.
Sözlərimi böyük ozan Aşıq Şənliyin misraları ilə bitirmək istəyirəm:
‘Can sağ ikən yurd vermərik düşmənə,
İstərsə Uruset, nəyi varsa gəlsin.
Can sağ ikən yurd vermərik düşmənə.’

Proqrama Ailə və Sosial Xidmətlər nazirinin müavini Sevim Sayım Madak, AK Partiya Esenyurt İlçə sədri Togay Çoban, Milliyyətçi Hərəkat Partiyası Böyükçekmece İlçə sədri Nesri Hacı, Cümhuriyyət Xalq Partiyası İlçə sədri Halis Çiçəkçi, Respublika baş prokuroru Yavuz Engin, Qarnizon Komandanı Ümit Genez, bələdiyyə məclisi üzvləri, federasiya sədrləri, palata sədrləri, dərnək rəhbərləri və çox sayda seçkin qonaq qatılıb.

Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Yanvar 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141

5 ildir kaşkilərlə yaşayıram Video

28 Sentyabr 2026 23:26see141

İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı

28 Sentyabr 2026 22:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri