Icma.az
close
up
RU
Kalanxoe yaraları sağaldan bitki

Kalanxoe yaraları sağaldan bitki

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu - 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir - sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.

Kalanxoe həmçinin üz dərisinə cavanlaşdırıcı təsir edir, dərini dartır, onu daha elastik və hamar edir. Kalanxoedən quru dəri üçün maska: kalanxoe yarpağı soyulur, xırda doğranılır, zeytun yağı ilə qarışdırılır və təmiz dəriyə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və istənilən nəmləndirici krem çəkin. Kalanxoedən cavanlaşdırıcı maska: 1 xörək qaşığı kanaxoe şirəsi + 1 çay qaşığı bal + 1 xörək qaşığı üyüdülmüş yulaf yarması + 1 yumurtanın sarısı. Yaxşı qarışdırın, təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun və istənilən qidalandırıcı krem çəkin.

Psoriaz, ekzema, müxtəlif dermatitlər zamanı kalanxoe həmçinin çox yaxşı kömək edir. Bitkini bir neçə gün ərzində soyuducuda saxlayın, sonra xırda doğrayıb (yarpağın üzərində olan nazik pərdəni qabaqcadan çıxardın) steril tənzifin üzərinə yerləşdirin və dərinin zədələnmiş hissəsinə qoyun və ya kalanxoe şirəsində steril tənzif isladın və dəriyə qoyun.

Kalanxoe yalnız dəridə olan yaraları deyil, selikli qişalarda olan zədələnmələri də sağaldır. Stomatit (ağız boşluğunun selikli qişasının iltihabı), gingivit (damaqların iltihabı) zamanı kalanxoe şirəsində steril tənzif isladın və iltihablaşmış sahəyə qoyun.

Tonzillit (angina) zamanı su ilə yarıbayarı durulaşdırılmış kalanxoe şirəsi ilə gün ərzində bir neçə dəfə qarqara etmək lazımdır. Bu vasitə boğazda iltihabı azaldır, mikrobları öldürür.

Zökəm zamanı kalanxoe şirəsi burun yollarını təmizləyir, burnu "açır", iltihabı azaldır. Hər burun yoluna gündə bir neçə dəfə 1-2 damcı kalanxoe şirəsini damızdırın.

Həmçinin kalanxoe şirəsi haymorit zamanı da istifadə olunur.

Varikoz xəstəliyi zamanı kalanxoe müalicəvi vasitə kimi istifadə olunur. Bunun üçün kalanxoe yarpaqları xırda doğranılır, 1/2 l-lik bankaya yığılır və yarpaqların üzərinə çıxana kimi araq tökülür. Banka 7 gün ərzində soyuducuda saxlanılır və sonra yaxşı süzülür. Alınmış vasitə hər gün ayaqlara aşağıdan yuxarı doğru çəkilir.

İstənilən bitkilərdən müalicə məqsədi ilə istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri