Icma.az
close
up
RU
Kamal Abdulla niyə haqlıdır?

Kamal Abdulla niyə haqlıdır?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Mirmehdi Ağaoğlunun "Kamal Abdulla niyə haqlıdır?" yazısını təqdim edir.

Anasız uşaq – köksüz ağac.
“ChatGPT”nin tapdığı Azərbaycan atalar sözü

Bir az ördək yumurtası varım idi. Bir az deyəndə, təxminən iki ləyən. Münasib qiymətə inkubator axtarırdım ki, yazqabağı onları qoyum inkubatora, ördək balası çıxarsın. Həvəsdir də, başımı qatıram. Özü də cins ördəklər. Mən tərpənənə kimi güclü yağışlar yağdı, həyət-bacanı, hini su basdı, yumurtaları salamat yerə çıxara bilmədim, hamısı xarab oldu.

İndi inkubator növləri çoxdur, “Temu”da beş ymurtalıq mətbəx piştaxtasının bir küncünə qoyulası mini inkubatorlardan tutmuş, “Tiktok”da reklam olunan 200-300 yumurta tutumlu, Sovet soyuducularına bənzəyən nəhəng sənaye məqsədli inkubatorlara qədər. Kimin pulu nəyə çatır, onu alır. Görünür, tələbat da böyükdür ki, bu qədər təklif var. Daha heç kəs anac toyuğa, ördəyə, qaza əziyyət vermək istəmir, deyir, sən yumurta, bala çıxarmaq işinə özüm baxacam.
Yadıma gəlir, mən uşaq olanda anam qırt düşən toyuqlar üçün ayırdığı yumurtaları ocağın qarasıyla filan işarələyir, sonra toyuğu basdırırdı. 21 gün gözləyirdik, sarı-sarı cücələr çıxırdı.
Onda hamı belə edərdi. Bütün kənd adamları. Heç kəs inkubator eşqinə düşməzdi. Sonralar dəbə mindi bu. Onu da əvvəl-əvvəl xüsusi adamlar işlətməyə başladı. İndi hamıda var.
O vaxt bilməzdik ki, sən demə, böyük-böyük müəssisələrdə ev quşlarını elə bu yolla çoxaldırlar. Yumurtalıq ev quşları ayrı olur. Onların yumurtalarını toplayırlar, xüsusi inkubatorlara yükləyirlər, ordan cücələr çıxır, anatanımaz o balaların əvvəlcə yuxa dimdiklərinə dağ basırlar ki, bir-birlərini dimdikləməsinlər, sonra xüsusi qidalarla böyüdürlər, 40-45 günə satış üçün müəyyən çəkini yığdımı, kəsib göndərirlər mağazalara. Mağazalarda da broyler toyuğu adıyla satırlar.
Onda broyler toyuğu çətin tapılardı, özü də baha qiymətə satılardı, indi kənd toyuğu matah olub.
Mən broyler toyuğunu sevərdim, bud sümüyünü dişlərimlə sındırıb gəmirməkdən xoşum gələrdi.
Ancaq nənəm broyler toyuğunun ətini yeməzdi.
Qazanda maqazin toyuğu asılanda - el arasında broyler toyuğuna belə deyərdik - mütləq nənəm üçün də başqa yemək bişirilərdi, adətən kartof qızartması. Çünki nənəm üzü qibləyə, “Bismillah”la kəsilməyən heyvanın ətini ömür-billah dilinə vurmazdı. Ac qalardı, yeməzdi. Ta ki, qocalıb huşu başından gedəndən sonra kənd toyuğu ilə broyler toyuğunun tamı arasında fərqi itirənə qədər. Ancaq huşu getsə də, hər ehtimala yenə soruşardı: "Aaz, həyət toyuğudur?".
Bu geniş müqəddiməni niyə verdim?
Xalq yazıçısı Kamal Abdulla müsahibəsində deyib: “Qadını evdə saxlayıb uşaqlarına baxmağa yönəltsək, daha çox xeyir gətirər”.
Əlbəttə, uzun illər rəhbər vəzifələrdə işləmiş Kamal müəllimin üslubundakı bu başadüşülən amiranə tərzi mən də sevmədim. Ancaq məni başqa məsələ düşündürür.
Mən uşaq olanda heç kəsin ağlına gəlməzdi ki, toyuğun altından yumurtaları götürsün, onu xüsusi cihazlarda çoxaltsın.
Ancaq indi bu metod geniş yayılıb. Nəinki toyuq, ördək və sair quşlar, hətta böyük baş heyvanlar da artıq oxşar üsullarla çoxaldılır.
İnək doğdumu, buzovu anında yanından ayırıb ayrıca böyüdürlər. Yazıq buzov böyürə-böyürə ana nəvazişinə həsrət qalır, bədbəxt ana inək heç olmasa bircə dəfə də balasının belinə dilini çəkib yalamır.
Kapitalizmin amansız tamahkarlıq yarışına çıxmış biz insanlar ananı baladan ayırsaq da, elə bilirik bununla nə inəyə, nə də buzova bir şey olacaq. Heyvandır, heç nə qanmaz. Ancaq alimlər müəyyənləşdiriblər ki, heyvanların da hissiyyatları var və onların da balalarını qucaqlarından qoparıb alanda ayrılıq yaşayırlar, göz yaşı tökürlər, əzab çəkirlər. Məmməd Rahimin şeirindəki kimi: "Sındıranda budağı ağaclar qan-yaş tökər".
Yəhudi tarixçi Nuh Yuval Harari də “Sapiens: Bəşəriyyətin qısa tarixi” adlı kitabında bu məqama toxunur. Deyir, heyvanlar da hissiyyatlı (yəni ağrı, qorxu, sevinc, stress kimi duyğular və hisslər yaşaya bilən) canlılardır və sənaye heyvandarlığını tənqid edir.
Ancaq nə edək? Sayımız çoxalıb. 8 milyardıq. Bizə ət lazımdır. Heyvanların hissləri barədə düşünsək, ac qalarıq. Üstəlik kapitalizm kimi nəhəng bir sistemin içindəyik.
İndi kapitalizm heyvanlar arasında bu qəddarlığı qurtarıb insanlara keçib.
Amansız yarışa girmişik. Bu yarışın isə tək qalibi var: kapitalizm.
Hər gün neçə milyard insan dan yeri söküləndən durub gün batana qədər eynən müasir fermalar kimi tər-təmiz, komfortlu, bər-bəzəkli ofislərdə, plazalarda klaviatura döyəcləyir, nədir-nədir, ayın axırı evinə broyler toyuğu aparacaq.
Hər gün səhər tezdən nə qədər ata-ana özünün yuxudan ala-yarımçıq durması azmış kimi körpəsini də şirin yuxusundan ayırıb, yavrucığaz gözlərini ovuşdura-ovuşdura aparıb bağçalarda tanımadığı yad əllərə verir. Sonra da qayğıkeş valideyn kimi telefonunda bağçanın quraşdırılma kameralarını izləyir ki, görsün, övladı yaxşıdırmı, incidilmir?
Əvvəl-əvvəl ağlayıb anasını istəyən körpə də tədricən bağçadakı rəngbərəng oyuncaqlara aldanıb toxdayır, axşama kimi kiriyir, amma daxilində nə proses getdiyini özü dilə gətirə bilmədiyi üçün bircə Allah bilir.
Sonra ana nəvazişindən məhrum o uşağın məktəb yaşı çatır.
Valideyn yenə səhər tezdən durub uşağı məktəbə aparır. Bu dəfə uşaq da möhtəşəm yarışın bir parçasına çevrilmək üçün indidən müəyyən hazırlıqlara qoyulur, məktəb dərsləri bitdimi, dərhal repetitor yanına! Beləcə o da evə gün batanda gəlməyə başlayır. Bu şəkildə işdən qayıtmış taqətsiz valideynlə yorğun uşaq bir-birlərini yalnız axşamdan-axşama görməyə başlayırlar, onda da zalım qacetlər, smartfonlar araya girir...
Ümid qalır, həftəsonları birlikdə keçirilən kipləmə vaxtlara. Özümüzü aldadaraq bu vaxtın da müxtəlif rakurslardan şəkillərini çəkib sosial mediada dalbadal paylaşmaqla çoxaldırıq. Elə zənn edirik, uşaqlarımızla paylaşdığımız şəkillər nə qədər çoxdursa, onlara ayırdığımız vaxt da o qədər artıqdır.
Beləcə itiririk.
Valideyn-övlad məhəbbətini itiririk.
Bir-birimizi sevməyi yadırğayırıq.
Mərhəmətli olmağı unuduruq.
Böyük bir sevgisizlik dənizində boğuluruq.
Özümüzün də xəbərimiz olmadan bir zaman yetişdirdiyimiz heyvanların gününə düşürük. Onlara bəxş etdiyimiz amansız həyatı özümüz yaşayırıq.
Halbuki cücələri yanında dolanan anac toyuq mənzərəsi qədər vaxtını evdə övladına sərf edən ana tablosu da möhtəşəmdir!
Məgər Kamal Abdulla bunu demək istəmirmi ki, dünyanı sevməyi ananın qarşılıq ummayan məhəbbətindən öyrənən biz insanlar daha bu sevgini övladlarımıza ötürə bilmirik!?
Çünki arada evin ipoteka haqqı, telefonun krediti, maşının lizinqi var.
Çünki kapitalizm bizə sevgini, qayğını, mərhəməti, şəfqəti unut, “işlə, işlə, işlə” deyir!
Daha mən nə deyim?
Ümid edirəm, anlada bildim.
Məncə, Kamal Abdullanın harada haqlı olduğu da hamıya aydındır, sadəcə, dilə gətirməyə çəkinirik.

Bu ac uşağı hamınız tanıyırsız Televizoru düşmən elan edən yazıçı Seriallarımızda ağsaqqallıq eləyənlər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 May 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see273

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see266

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see258

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see252

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see241

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see240

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see240

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see234

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see230

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see230

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see224

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see212

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see210

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see207

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see204

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see203

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see202

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see198

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri