Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Kitabi Dədə Qorqud və çağdaş şeirdə Kamal Abdulla gizlinləri Kamal Abdulla 75

Kitabi Dədə Qorqud və çağdaş şeirdə Kamal Abdulla gizlinləri Kamal Abdulla 75

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeganə İSMAYILOVA
Filologiya elmləri doktoru, professor
[email protected]

"Sirr nə vaxtsa açılacaq sirdisə, heç əvvəldən yaranmayıb sirr kimi". "Həyat insanın qara boşluq adlanan kainatla sonsuz oyunudur"; "Mənim hüququm həm də düşüncə və fantaziya sərbəstliyimdədir. Bu, mənim ədəbi azadlığımdır, özgürlüyümdür"; "Sevimli əsərlərim "Dədə Qorqud dastanları" və "Don Kixot"dur"; "...Vahid oxunuş hər hansı, xüsusilə də, "Dədə Qorqud mətninin təbiətinə əzəldən yaddır. Yeganəlik əlahiddəyə gətirən yoldur. Oradan da büt qayırmağa bir addım qalır"; "Mən "Kitabi-Dədə Qorqud"un söz lüğətini hazırlamışam".

Kamal Abdulla.

"Kitabi-Dədə Qorqud" Xalq yazıçısı, akademik Kamal Abdullanın istər elmi, istərsə də bədii yaradıcılığında mühüm yer tutur və sənətkarın bu mövzudakı bədii yaradıcılığı öz müasirlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir, lakin yazıçının elmi yaradıcılığı bədii yaradıcılığından erkəndir. Kamal Abdulla "Kitabi-Dədə Qorqud" dastanlarını hamıdan fərqli oxumağı bacarır və başqalarının fikir vermədiyi "gizli" məqamları tutub, onların ardınca mətnin daxili aləminə, dərin qatlarına, mətnaltı deyilən məkana enir. Onun nəzərində eposun mətnaltı "sirlər" dünyasına ge-dən yol dastanın dilindən başlanır və "Kitabi-Dədə Qorqud" iki səviyyədən ibarətdir: adi gözlə görünən və görünməyən səviyyələr. Müəllif onlardan birini "ifadə planı", ikincisini "mahiyyət planı" adlandırır: ifadə planı hamının görüb bildiyi "Kitabi-Dədə Qorqud", mahiyyət planı isə özünün adlandırdığı kimi, "Gizli Dədə Qorqud"dur.

Gözəl şairimiz Vaqif Bayatlı Önər yazır ki: "Kamal Abdulla elə ilk şeirlərindən sübut elədi ki, o, nəinki necə yazmağı çox gözəl bilir, hətta hər səsin, hərfin üstündə indiyə qədər heç bir şairin əsə bilməyəcəyi qədər əsir və indiyə qədər heç kəsinki olmayan səslərə "mənim ol" deyir və onlar onun şeiri olur. İstər bu mənada, istərsə də çox misraları, şeirləri iç mənzərələrilə Kamal Abdulla mənim ən doğma şairimdir".

"Günahı etiraf etməyin dili şeirdir... Etiraf edən hökmən şeirlə danışır".

Kamal Abdulla "Kədərli seçmələr"də "Sirr içindən nəğmələr" başlığı altında 4 nəğmə verir və bu nəğmələr sənətkar üçün tarixin və zamanın, keçmişin, bu günün və gələcəyin bir-birinə qovuşduğu sehrli və müqəddəs məkandır.

1. Dədə Qorqud: "Mənlik deyil"

2. Boğazca Fatma: "Ümid qaldı sabaha"

3. Dədə Qorqud: "Mən nə edim?!"

4. Bəkilin xatunu: "Dilim, dilim, vay dilim..."

Kamal Abdulla sərbəst düşüncə tərzinə malik müasir yazıçıdır. O, dastandan gələn süjet və obraz qəliblərinin alt qatına - mahiyyət planına enib, eposdan bizə məlum olan obrazları öz əsərlərində fərdi psixoloji portretlərin daşıyıcısı kimi təqdim edib. Onun yaradıcılığı sübut edir ki, "Kitabi-Dədə Qorqud" bir epos kimi milli düşüncəmizi tarixin bütün zamanlarında aktual saxlayacaq.

Dədə Qorqud bir el ağsaqqalı, elin bilicisi, dərd-sirr yeri, insanın dar ayağında, elin, yurdun çətin günündə dada çatan, milli mənlik və  kimliyin qaynağı, güvənc yeri, yurd yerinin xeyir-bərəkəti, yurd ocağının hamisi, milli soykökün iftixarı, yurd insanının ömrünü mənalandıran müqəddəslik məqamı, insanın ruhani-mənəvi rahatlıq qaynağı, dünyanın pozulmuş düzəninə harmoniya gətirən müdrik, ən başlıcası isə şeir-sənət hamisi, qəlbə, könülə, təxəyyülə ilham verən pir-ozan kimi tərənnüm olunub. Dədə Qorqudun Kamal Abdulla şeirlərində əksini tapmış obrazı son dərəcə geniş məna tutumuna malikdir. Lakin diqqəti cəlb edən Dədə Qorqud obrazının bu genişliyindən daha çox, ümumiləşən cizgilərinin arxaik-milli tipologiyasıdır. Əsas məqam ondan ibarətdir ki, Qorqud atanın bu obrazı onun mənbələrdən bizə məlum olan arxaik semantikası ilə üst-üstə düşür. Yəni bu oğuz ozanının çox qədim zamanlarda arxaik düşüncədə mövcud olub, sonra aktiv yaddaş üçün unudulub və indi tədqiqatlar yolu ilə üzə çıxan obrazının cizgiləri sanki müasir Azərbaycan şeirinə yayılıb, canına, ruhuna hopub. Kamal Abdulla şeirlərində Dədə Qorqudun milli yaddaşla bağlılığı, bu yaddaşın başlanğıcı və əsas atributu kimi tərənnüm olunması bu obrazın arxaik-mifoloji düşüncədəki semantikası ilə tam təsdiq olunur.

"Kamal Abdulla əsərlərində əsas konflikt Miflə Yazının münasibətləridir..."

K.Abdulla etiraf edir ki, "Dədə Qorqud" kitabı nə qədər aşkarlanırsa, o biri tərəfdən yenə də tül pərdəyə bürünür, sirlər açıldıqca, yeni sirlər aşkarlanır. Ya Milli yaddaşımızı daim bərpa edəcəyik, soyumaq bilmədən, boşalmaq bilmədən, dayanmaq bilmədən və bu yaddaşımızda "Dədə Qorqud" axtarışları, "Dədə Qorqud" yazıları, "Dədə Qorqud" təcəssümləri ən mühüm yer tutacaq, ... ya da Milli huşsuzluğun "qara dəliyinə" yuvarlanacağıq.

"Gizli" sözü yeni-yeni mənaların sonsuzluğuna, deyilmiş sözün hələ deyilməmiş mənasının ortaya çıxarılmasına işarədir. Müəllif "gizli" məqamların birini belə açıqlayır:

"Dastanda Beyrək ölüm ayağında naiblərinə belə deyir: "...özünüzü Qazan xana yetirin, dayın Aruz Beyrəyi öldürdü deyin. Aruz oğlu Basat gəlmədən, elimi-obamı, qızımı-gəlinimi əsir edib aparmadan (!!!) Qazan özünü mənə yetirsin". Beyrəyin qatilinin Basatın atası Aruz Qoca olduğunu da nəzərə alsaq, əlavə şərhə ehtiyac varmı?!"  

Qisas dedi bəy yigidim,

Beyrək qisas dedi getdi.

Aman dedi, Salur Qazan,

qisasım al.

Bir də dedi:

Əlim yaxasında Qazanın olsun,

qiyamət günü almazsa qisasımı.

Taxsırlar Qazanın olsun,

almazsa qisasım dedi.

Bir də dedi:

Az qalıb qiyamət gününə,

Bu boyda toya-düyünə

Üç-beş namərdin küyünə

Min igidlik yas düşəcək.

lll

Salur Qazan,

bu qan səni tutar ola,

sən Aruza can dadlısın göstərməsən.

Salur Qazan,

elin-yurdun batar ola -

istərmisən?

Qız-gəlinin göy üzünə qatar ola -

istərmisən?

Qiyamətin bir günündə

Beyrək sənin boğazından

dartar ola -

istərmisən?

Bu qan səni tutar ola,

Sən Aruza can dadlısın göstərməsən.

Akademik K.Abdulla poeziya ilə bağlı düşüncələrini bölüşərkən yazır: "Kədərli seçmələr"də bir səhvim olub ki, bəlkə də, hər nəğmənin əvvəlində mən o mənzərəni necə gördüyüm barədə gərək izahatvari bir şey yazaydım. Bəlkə də "Sirlərin sərgüzəşti"ndən uyğun yerlərə istinad edəydim. Bunu etməmişəm. Lazım bilməmişəm. Bəlkə də, o vaxt bu, ağlıma gəlməyib. Qoy kimə xoşdu inansın mənim uydurmama. Təkzib etmək ki, mümkün deyil. Ola da bilər, olmaya da bilər. Mən deyirəm - olub.

O biri nəğmələr də təxminən bu tipli "uydurmalara" (bəlkə - fantazilərə, bəlkə - oyunlara?) söykənir. Beyrəyin ölüm səbəbindən tutmuş, Oğuzdakı casusa qədər, Təpəgözün sirrindən Dədə Qorqudun və Baybecan məliyin Şöklü Məliklə "sazişinə" qədər, Dəli Qarcarın Dədə Qorquda qarşı etik, mənəvi, hətta hüquqi qanunlara zidd hərəkətlərindən tutmuş, Boğazcanın "dumanlı" keçmişinə qədər, əlbəttə və əlbəttə, mənim uydurmalarımdır. Bəlkə, bu uydurmalar mənim öz-özümlə oyunumdur?! Bir şeyi də açım deyimmi?! Bu uydurma oyunların sayı artmaqdadı, onlar bu gün də davam edir".

Kamal Abdullanın şeiri nəsrinin tamamlayır, nəsri ədəbi düşüncələrini... Onun fikrincə: "İnam, şübhə və günah - yazmaq üçün bundan artıq bir şey lazım deyil. Bu dünyaya baş vurdunsa, geriyə qayıtmaq mümkünsüzləşir - qərq edəcək. Sənət dünyasının dərinliyi Aidin yeraltı səltənəti kimi ölüm və qaranlıqdan yox, işıq və sevgidən ibarətdir".

K.Abdulla özü üçün yazan yazıçıları daha səmimi hesab edir. Onun qənaətinə görə, "Ədəbiyyat məqamlardan ibarət bir ruhi, mənəvi prosesdir. Ruhən doğmalar bir-birinin yanında durmağı bacarmalıdırlar. Səmimiyyət nədir? Sənin içinlə içindən alıb köçürdüyün yazı arasında ziddiyyət olmamalıdır".

Kamal Abdullanın bu fikirləri də son dərəcə maraqlıdır: "Ədəbiyyatımızda bir hiss çatmır. Günah... "Kitabi-Dədə Qorqud" dastanlarındakı Təpəgöz obrazı bütün ədəbiyyatımızda ilk və son qəhrəmandır ki, əsl günah hissini, ancaq çox gizli şəkildə yaşayır. Biz hələ də miflərin buxovundayıq. Biz hələ də Kopernik kimi düşünüb, Ptolemey kimi danışırıq. "Günəş çıxdı, Günəş batdı" deyirik. Günəş isə nə çıxır, nə də batır. Yer kürəsi özü günəşin ətrafında fırlanır. Babəkə ulu babamız deyirik - islama sitayiş edirik, Koroğlunun nəvələriyik deyirik - halbuki Koroğlu əslində dövlətçiliyə, öz xanına (nə qədər pis olsa da) qarşı çıxan asidir. Şah İsmayılı büt edirik - türkçülüyümüzü öyürük. Sabiri də sevirik, Cavidi də. Bunlar eyni zamanda ola bilməzlər. Həyatı doğru əks etdirən ədəbiyyat - nəyimə lazımdır. Mən onsuz da informasiyanı həyatdan və tarixi kitablardan öyrənə bilərəm. Nitsşe deyir ki, incəsənət, o cümlədən ədəbiyyat bizə ona görə verilib ki, biz həqiqətin əlində məhv olmayaq. Deməli, ədəbiyyat - həqiqətlə, həyatla mübarizə vasitəsidir. Qanlı Troya müharibəsi olmasaydı, Homerin "İlliada"sı yaranmazdı. Bizim zəmində yada "Kitabi-Dədə Qorqud" düşür. Ədəbiyyat heç vaxt xalq üçün, yəni oxucu üçün yaranmır. Əsər xalq üçün yazıla bilər, amma xalq üçün yaranmaz".

75 yaşı münasibətilə əziz Kamal müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar arzulayıram!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see494

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see396

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see331

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see196

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see181

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see140

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see129

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri