Kamal Abdullanın 75 illik yubileyinə kitab həsr edildi
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında ADU-nun rektoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, akademik, xalq yazıçısı Kamal Abdullanın həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstərici nəşr olunub.
Kult.az xəbər verir ki, alimin 75 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən "Elm" nəşriyyatında çap edilib.
Nəşrdə Kamal Abdullanın elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri, elmi və bədii əsərləri, tərcümələri, rəhbərlik etdiyi layihələr haqqında yazılar və digər çoxsaylı fəaliyyət sahələri sistemli şəkildə toplanıb.
Kitabın ilk səhifələrində Ulu öndər Heydər Əliyevin 9 dekabr, 1999-cu ildə Azərbaycan alimlərinə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin K.M.Abdullayevin “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilməsi haqqında sərəncamları yer alıb.
Nəşrdə Kamal Abdullanın həyat və yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən məqalə və resenziyalar, müsahibələr, elmi-pedaqoji fəaliyyəti ilə bağlı materiallar öz əksini tapıb.
Kitabda həmçinin görkəmli italyan yazıçısı, filosofu və alimi Umberto Ekonun, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin, görkəmli şərqşünas, mədəniyyətşünas, Florensiya Universitetinin professoru Franko Kardininin, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun, görkəmli Türk şairi Oljas Süleymenov və digər tanınmış ziyalıların, elm xadimlərinin akademik Kamal Abdulla haqqında düşüncələri yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Sentyabr 2026 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















