Icma.az
close
up
RU
Ankarada Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib Fotolar

Ankarada Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib Fotolar

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Ankara şəhərində Türk Kültürünü Araştırma Enstitüsü tərəfindən Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyinə həsr olunmuş “Uluslararası Türk Dünyası Yazarları Sempozyumu – I” adlı beynəlxalq elmi simpozium keçirilib.

Gununsesi.info xəbər verir ki, simpoziumda Kamal Abdullanın çoxşaxəli yaradıcılığı, onun ədəbiyyat, dilçilik və fəlsəfə sahəsindəki elmi fikirləri, eləcə də Türk dünyası mədəniyyətinə verdiyi töhfələr ətrafında geniş müzakirələr aparılıb. Dörd oturumdan ibarət olan elmi tədbirə professorlar Fikret Türkmen, Bilge Ercilasun, Muxtar İmanov və Nizami Cəfərov rəhbərlik ediblər.

Simpoziumun birinci bölməsində professorlar Fikret Türkmen, Kerime Üstünova və Nizami Cəfərov Kamal Abdullanın ədəbi-estetik düşüncə sistemi, qeyri-səlis məntiq nəzəriyyəsi və dilçilik sahəsindəki ideyaları haqqında məruzələrlə çıxış ediblər.

Növbəti iclaslarda Xalq yazıçısının roman, hekayə və teatr yaradıcılığı, onun postmodern estetikasında mifoloji qatlar, zaman və ömür fəlsəfəsi, həmçinin bədii dilin strukturu müxtəlif aspektlərdən təhlil olunub. Bu bölmələrdə professorlar Ayşe Yücel Çetin, Bahtiyar Aslan, Salide Şerifova, İsmet Çetin, Seher Erdoğan Çeltik, ADU-nun əməkdaşı Coşqun Dadaşov, professorlar Mahirə Hüseynova, Rafiq Əliyev, Jalə Qəribova və digər alimlər məruzələrlə çıxış ediblər.

Simpozium iştirakçıları qeyd ediblər ki, Kamal Abdulla yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatının deyil, bütövlükdə Türk dünyasının ortaq mənəvi sərvətidir. Onun əsərlərində dil, fəlsəfə və mifologiyanın qovuşduğu unikal yaradıcılıq modeli ədəbiyyat və elmin yeni istiqamətlərinə yol açır.

Tədbirdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli də iştirak edib. O, müxtəlif ölkələrdən gələn alimlərlə elmi fikir mübadiləsi apararaq Türk dünyası ədəbiyyatlarının qarşılıqlı öyrənilməsi və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müzakirələr aparıb.

Ankarada keçirilən bu beynəlxalq elmi simpozium, akademik Kamal Abdullanın Türk dünyası miqyasında tanınan elmi və ədəbi şəxsiyyət olduğunu bir daha nümayiş etdirib və Azərbaycan–Türkiyə elmi-mədəni əlaqələrinin inkişafına mühüm töhfə kimi dəyərləndirilib.

seeBaxış sayı:67
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Oktyabr 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri