Icma.az
close
up
RU
Kamal Abdullanın cavabı: Restoranda qab yumaq yaxşıdır?

Kamal Abdullanın cavabı: Restoranda qab yumaq yaxşıdır?

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Çox təəssüf edirəm ki, mənim dediyim fikirləri ümumi kontekstdən çıxarıb, fərqli istiqamətdə yozmağa çalışırlar və yarımçıq mətnə münasibət bildirməklə, özlərini də yarımçıq duruma salırlar.

Bu sözləri Kult.az-a açıqlamasında xalq yazıçısı, akademik Kamal Abdulla müsahibəsində qadınlarla bağlı sözlərinin yanlış anlaşılması haqda danışarkən deyib.

Kamal Abdulla bildirib ki, qadının övladlarını tərbiyə etməsi barədə sözlərindən bəzilərinin niyə narahat olması anlaşılan deyil:

“Əvvəla, qadının ən müqəddəs missiyası ana olmaq və yüksək əxlaqlı övlad tərbiyə etməkdir. Ananı ailədə və mətbəxdə heç kim heç vaxt əvəz edə bilməz. Həmçinin bir ananın öz ailəsinə özünün hazırladığı yeməyi verməsindən gözəl heç nə yoxdur. Ananın nəzarətində övladlar daha yaxşı tərbiyə alır, daha yaxşı qidalanır, daha sağlam olurlar. Mən bunları nəzərdə tuturam. Əlbəttə, o müsahibədə də vurğulamışam ki, xüsusi istedadlı qadınlar müxtəlif sahələrdə özünü göstərə bilər. Görünür, həm də mənim səhvimdir ki, müsahibəni oxuyanların heç də hamısının arif olmadığını hesablamamışam.

İndi sizə bir müqayisə verim: kişilər hamısı xüsusi istedad sahibləridir? Əlbəttə ki, yox. Kişilərə dülgər, fəhlə, qarovulçu, bağban, çəkməçi, papaqçı, suvaqçı, bənna və s. olmaq tövsiyə ediləndə, bu, etirazlara səbəb olmur, çünki bu sadalananlar cəmiyyətə lazımdır, vacibdir, bunlarsız yaşamaq olmaz, ancaq qadına “ana olub, övladlarını böyütməlidir, onları yaxşı qidalandırmalıdır” deyəndə “gender bəraqbərliyi” pozulmuş olur? Bəs evdə ana olmayanda, düşünmürsünüz ki, övlad tərbiyəsi də çətin olur? Bəs evin xanımının mətbəxdə olmadığı halda ailənin sağlam olmayacağını doğrudanmı anlamaq istəməyənlər var?

Ailənin bölgüsü var, ailədə kişi və qadın öz missiyalarını doğru-dürüst yerinə yetirərlərsə, həm cəmiyyətə xeyirli olarlar, həm də gözəl övladlar yetişdirərlər. Bu bölgünü vurğulayanda niyə əks-reaksiya doğurur?

Bir daha deyirəm ki, bəli, fitri istedadı olan xanımlar müxtəlif sahələrdə bir çox uğura imza atırlar. Ancaq bu, heç də bütün xanımlara aid deyil və bir xanım, məsələn, Şəfiqə - Axundova və ya Məmmədova - deyilsə, dülgər, ofisiant yox, evdə ailənin dayağı olsa yaxşıdır. Baxmayaraq ki, xüsusi istedad sahibi olan xanımlarımızın da mətbəxdə yerini hər zaman xüsusi qabardırıq. Ölkəmizin taleyində, gündəlik həyatında və siyasətində mühüm rol oynayan xanım belə həftədə bir dəfə ailə üçün yeməyi özü hazırladığını bir neçə dəfə nümayiş etdirib. Bu, ailə dəyərlərini qorumaqdır və hər kəs ondan nümunə götürməlidir.

O ayrı söhbət ki, xanımların müxtəlif sahələrdə işləməsi də mümkündür və bu da yalnız ailənin qorunması naminədir. İndi siz özünüz deyin - evin kişisi evin xanımını evə, övladlarına və mətbəxə istiqamətləndirsə, digər bütün maddi qayğıları özü çəksə yaxşıdır, yoxsa ana hansısa restoranda qab yumağa məcbur qalsa?”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://axar.az
archiveBu xəbər 21 May 2026 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri