Icma.az
close
up
RU
Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...

Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyev hazırda davam edən müalicə prosesi, ona göstərilən dəstək və futbol ictimaiyyətindən gözləntiləri ilə bağlı “Apasport”a açıqlama verib.

Kamal Quliyev hazırda müalicəsinin davam etdiyini bildirib:

“Müalicəm davam edir. Birinci mərhələni tamamladıq. İndi ikinci kurs müalicə üçün hazırlaşıram”. 

Sabiq futbolçu indiyədək ona dəstək olan şəxslərə minnətdarlığını ifadə edib:

“Neftçi” rəhbərliyinə təşəkkürümü bildirirəm. İlk müalicəyə çox böyük dəstək verdilər. Daha sonra Qurban Qurbanova təşəkkür edirəm. Allah onun balalarını xoşbəxt etsin. “Sumqayıt” komandasına, klubun prezidenti Riad Rəfiyevə, o vaxt mənlə futbol oynayan uşaqlara minnətdaram. Onlar imkanı çatan qədər mənə dəstək olublar. Hamısının adlarını saymasam da, özləri bilirlər. Onlara təşəkkür edirəm. Adlarını çəkdiyim adamlar mən müraciət etmədən mənə dəstək olublar”.

Maddi məsələlərə də toxunan sabiq milli üzvü bildirib ki, müalicə ciddi xərc tələb edir:

“Müalicədən sonra məbləğ açıqlanacaq. Bu müalicələrin hamısı yüksək vəsait, xərc tələb edir. Hər şey qan qiymətinədir”.

O, AFFA ilə də əlaqə saxladığını qeyd edib:

“Federasiya ilə danışmışdıq, o vaxt xəstəxanada müalicə alırdım. Görüşmək mümkün olmadı. AFFA-ya çağırmışdılar, danışdıq ki, bayramdan sonra görüşək. İnşallah, sabah və ya birigün görüşə gedəcəm”.

Kamal Quliyev çıxış etdiyi klublardan “Karvan”ın ona dəstək olmadığını söyləyib: 
“Oynadığım və şərəfini qoruduğum klublardan yalnız “Karvan” qalıb. Sağ olsun, Kənan Kərimov öz şəxsi vəsaiti ilə mənə dayaq olub, kömək göstərib. İnşallah, Kənan müəllimlə danışmışam, klub rəhbərləri ilə də görüş olacaq. Çünki rəhbərlik hazırda orada deyil. Ümid edirəm ki, onlar da öz dəstəklərini göstərəcəklər. Mən “Karvan” klubunun yaradıcılarından biri olmuşam. Klub rəhbərliyi ilə aramızda hər zaman çox xoş münasibətlər olub. Həmin insanlar daim ehtiyacı olanlara əl tutublar, xeyirxah insanlardır. Vallah açığı, digər klublara müraciət etməmişəm. İnanın, nəsə istəyəndə xəcalət çəkirəm. Utanıram”. 

Sonda sabiq futbolçu komanda yoldaşları üçün darıxdığını və onlarla görüşmək istədiyini vurğulayıb: 

“Rəşad Sadıqovu görmək istəyirəm. Onun o qədər gözəl söhbətləri var ki, insan qulaq asdıqca doymur. Həm də çoxdandır görmürəm. Zaur Tağızadəni də görmək istərdim, Elçin Rəhmanovu da. Çox darıxıram, çox sıxılıram. Digər komanda yoldaşlarımla danışırıq - Vüqarla, İlhamla, Zaurla, Ariflə, Ramizlə, Kənanla, Vitaliklə və digərləri ilə əlaqədəyik. Amma bəzilərini çoxdandır görmürəm”.

Qeyd edək ki, Kamal Quliyev qara ciyər sirrozundan əziyyət çəkir.

"Turan Tovuz"dan Yaponiyaya "Şamaxı" milli ilə yoxlama oyunu keçirəcək “Araz-Naxçıvan”da braziliyalı müdafiəçi “Liverpul” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb "Sabah" özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri