Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

57 yaşlı Cennifer Lopez belə formada qalır

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

Gündə 5 ədədi qanda şəkəri sala bilər

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Kamaləddin Qafarov: “Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi”

Kamaləddin Qafarov: “Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi”

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“26 avqust təqvimdə sadəcə bir tarix deyil. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda əldə olunan tarixi qələbənin, xalqımızın iradəsinin və dövlətimizin gücünün rəmzinə çevrilmiş Laçın şəhərinin yenidən doğulmasını ifadə edir.”

Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında bildirib.

O, xatırladıb ki, məhz buna görə də Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın Şəhəri Günü kimi təsis edilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. “Laçın tarixən Qarabağla Şərqi Zəngəzuru birləşdirən mühüm strateji məkan olub. 1923-cü ildə şəhər statusu alan, 1930-cu ildə rayon kimi formalaşan Laçın öz zəngin təbiəti, geniş yaylaqları, meşələri və əlverişli coğrafi mövqeyi ilə hər zaman seçilib. Məhz bu strateji mövqe Ermənistanın işğalçılıq planlarında Laçını əsas hədəflərdən birinə çevirmişdi.”

Millət vəkili bildirib ki, 1992-ci il mayın 18-də Laçının işğalı Azərbaycanın ən ağır faciələrindən biri olub: “Rayonun işğalı nəticəsində Ermənistanla keçmiş Dağlıq Qarabağ arasında birbaşa əlaqə yaradıldı və sonrakı hərbi-siyasi proseslərin gedişinə ciddi təsir göstərən təhlükəli vəziyyət formalaşdı. Yüzlərlə insan həlak oldu və itkin düşdü, on minlərlə sakin doğma yurdundan didərgin salındı. Tarixi, dini və mədəni irs nümunələri dağıdıldı, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları və digər sosial obyektlər talan edildi. İşğal dövründə coğrafi adların dəyişdirilməsi, qanunsuz məskunlaşdırma siyasəti və təbii sərvətlərin talanı beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bir daha göstərirdi.

Lakin Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmadı. Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər tarixi ədaləti bərpa etdi. Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Azərbaycan Bayrağının yenidən Laçında dalğalanması xalqımızın yaddaşına əbədi həkk olundu. Laçının azad olunması uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirildi. Minlərlə hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. Bu mükafat yalnız fərdi şücaətin deyil, bütövlükdə Azərbaycan Ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin təntənəsinin ifadəsidir. Bu gün Laçın artıq işğalın acı xatirələri ilə deyil, azadlığın qüruru ilə xatırlanır. 26 Avqust- Laçın Şəhəri Günü keçmiş ağrıların deyil, gələcəyə inamın, milli həmrəyliyin və Zəfərin simvoludur. Azərbaycanın hər bir vətəndaşı üçün bu tarix bir daha sübut edir ki, xalqın iradəsinə söykənən güclü dövlət qarşısına qoyduğu bütün strateji hədəflərə nail olmağa qadirdir”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Avqust 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see344

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see288

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see288

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see287

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see275

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see267

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see264

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see263

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see249

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see249

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see243

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see233

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see230

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see227

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see226

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see226

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see220

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see208

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see198

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri