Icma.az
close
up
RU
Tarixi ədalətin təntənəsi Laçının dirçəliş salnaməsi ŞƏRH

Tarixi ədalətin təntənəsi Laçının dirçəliş salnaməsi ŞƏRH

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində yeni və şərəfli bir səhifə açdı. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu öz gücünü, peşəkarlığını və yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ başlandı. Bu Qələbə yalnız hərbi uğur deyil, eyni zamanda xalqımızın milli iradəsinin, həmrəyliyinin və tarixi ədalətə olan inamının təntənəsi oldu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesində mühüm siyasi sənədə çevrildi. Bəyanata əsasən, işğal altında qalan rayonların Azərbaycana qaytarılması təmin edildi. Həmin ərazilər sırasında Laçın da xüsusi yer tuturdu. 2020-ci il dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Bununla da Laçının Azərbaycanın nəzarətinə keçməsi təmin olundu və rayonun gələcək inkişafı üçün yeni imkanlar yarandı.
Laçın Azərbaycan tarixində, mədəniyyətində və milli yaddaşında xüsusi yeri olan qədim yaşayış məskənlərindən biridir. Bu torpaq zəngin təbiəti, tarixi abidələri, mədəni irsi və özünəməxsus coğrafi mövqeyi ilə seçilir. Uzun illər ərzində Laçın rayonunun işğal altında qalması burada yaşayan insanların doğma yurdlarından məcburi köçkün düşməsi ilə nəticələnmişdi. Minlərlə laçınlının ən böyük arzusu doğma torpaqlarına qayıtmaq, ata-baba yurdlarında yenidən həyat qurmaq idi.
Bu arzunun gerçəkləşməsində 2022-ci il avqustun 26-sı xüsusi tarixi əhəmiyyət daşıyır. Həmin gün Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü. Bununla Laçın rayonunun tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi istiqamətində mühüm addım atıldı. Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq hadisələrdən birinə çevrildi. 26 Avqust artıq Laçının dirçəlişinin, tarixi ədalətin bərpasının və doğma torpaqlara Böyük Qayıdışın rəmzi tarixlərindən biridir.
Laçının azadlığı ilə yanaşı, qarşıda duran əsas vəzifələrdən biri bu ərazilərin yenidən qurulması, müasir şəhər və kənd mühitinin yaradılması, insanların təhlükəsiz və layiqli yaşayış şəraitinin təmin edilməsi idi. Dövlətimizin məqsədyönlü siyasəti nəticəsində Laçında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Qısa müddət ərzində şəhərin siması dəyişməyə, müasir infrastruktur formalaşmağa başladı. Yeni yolların salınması, kommunal və sosial infrastrukturun qurulması, yaşayış binalarının tikilməsi, məktəb, bağça və digər sosial obyektlərin yaradılması Laçının gələcək inkişafının möhkəm təməlini formalaşdırdı.
Bu gün Laçın yalnız yenidən qurulan bir şəhər deyil, Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan laçınlıların öz evlərinə qayıtması böyük tarixi hadisədir. Doğma torpaqlarına qayıdan sakinlərin burada yeni həyat qurması, uşaqların Laçında böyüməsi, məktəblərin fəaliyyət göstərməsi, sosial və ictimai həyatın canlanması Qələbənin real nəticələrinin ən gözəl göstəricilərindəndir.
Laçında həyata keçirilən quruculuq işləri şəhərin tarixi simasının qorunması ilə müasir şəhərsalma prinsiplərinin vəhdəti əsasında aparılır. Təbii gözəlliyi ilə seçilən Laçının gələcəkdə Azərbaycanın ən mühüm turizm və istirahət mərkəzlərindən birinə çevrilməsi üçün də böyük potensialı vardır. Rayonun dağlıq relyefi, zəngin təbiəti, mineral və təbii ehtiyatları, tarixi-mədəni irsi onun iqtisadi və turizm imkanlarını daha da genişləndirir.
Laçının dirçəlişi həm də Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərə münasibətinin bariz nümunəsidir. Dövlət yalnız dağıdılmış şəhər və kəndləri bərpa etmir, burada insanların gələcək rifahı üçün müasir və dayanıqlı həyat infrastrukturu yaradır. Bu proses Azərbaycanın güclü iqtisadi imkanlarını, dövlətimizin quruculuq potensialını və Böyük Qayıdış proqramının ardıcıl şəkildə həyata keçirildiyini nümayiş etdirir.
Laçın şəhərinin və kəndlərinin yenidən qurulması həm də milli-mənəvi dəyərlərimizin bərpası deməkdir. Çünki doğma yurd yalnız evlərdən və küçələrdən ibarət deyil. Yurd insanın xatirələri, ailə tarixçəsi, mədəniyyəti, adət-ənənələri və milli kimliyi ilə bağlı olan müqəddəs məkandır. Laçınlıların illər sonra doğma torpaqlarına qayıtması bu baxımdan böyük mənəvi əhəmiyyət daşıyır.
Bu gün Laçın Azərbaycanın inkişaf edən və sürətlə abadlaşan şəhərlərindən biridir. Burada aparılan işlər Böyük Qələbənin yaratdığı yeni reallıqların əyani ifadəsidir. Dünən işğalın ağır izlərini daşıyan ərazilərdə bu gün yeni yaşayış məhəllələri, yollar, məktəblər, sosial obyektlər və müasir infrastrukturlar yaradılır. Bu mənzərə xalqımızın uzun illər ərzində gözlədiyi tarixi ədalətin necə gerçəkləşdiyini nümayiş etdirir.
Laçının azad olunması Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin mühüm səhifələrindən biri olduğu kimi, onun yenidən qurulması da müstəqil dövlətimizin quruculuq tarixinin parlaq nümunəsidir. Bu proses bir daha göstərir ki, Azərbaycan həm öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə, həm də azad edilmiş torpaqları ən müasir standartlara uyğun şəkildə yenidən qurmağa qadirdir.
Laçın artıq keçmişin ağrılı xatirələrinin deyil, Azərbaycanın qalib gələcəyinin simvoluna çevrilir. Şəhərin küçələrində yenidən həyatın canlanması, insanların doğma yurdlarına qayıtması və burada gələcəyə böyük ümidlərlə yaşaması Böyük Qələbəmizin ən mühüm nəticələrindəndir. Laçının hər bir yenilənən küçəsi, hər bir bərpa olunan yaşayış məntəqəsi və burada qurulan yeni həyat tarixi ədalətin bərpasını təsdiqləyir.
26 Avqust – Laçın Şəhəri Günü bu baxımdan yalnız bir şəhərin tarixində mühüm gün deyil, bütövlükdə Azərbaycanın Zəfər yolunun, milli iradəsinin və Böyük Qayıdışının rəmzidir. Laçın bundan sonra da sürətli inkişafı, gözəlliyi və müasirliyi ilə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsinin mühüm mərkəzlərindən biri kimi öz layiqli yerini tutacaq. Bu qədim torpaqda qurulan yeni həyat isə xalqımızın Qələbəsinin əbədiliyini və tarixi ədalətin təntənəsini gələcək nəsillərə çatdıracaq.
Ellada Hacıyeva

YAP Qusar rayon təşkilatının fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri