Icma.az
close
up
RU
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi

Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi

Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.

"Cəbrayılın adı Azərbaycanın ən yeni tarixində təkcə işğal və dağıntı ilə deyil, həm də dönüş nöqtəsi, qələbə və dirçəliş anlayışları ilə bağlıdır."
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında  deyib.

O,  qeyd edib ki, uzun illər doğma yurddan didərgin düşən cəbrayıllılar üçün 4 oktyabr sadəcə təqvimdəki bir tarix deyil. "Bu gün həm də 27 illik həsrətin sona çatmasının və tarixi ədalətin bərpasının rəmzidir. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonu ağır dağıntılarla üzləşdi. Bir şəhər, qəsəbələr və onlarla kənddən ibarət rayonun sosial, iqtisadi və mədəni həyatı məhv edildi, yüzlərlə insan şəhid oldu, on minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur qaldı. Tarixi abidələrin, məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının dağıdılması isə işğalın miqyasını və erməni vandalizminin mahiyyətini göstərirdi. Lakin Cəbrayılın taleyi yalnız itkilərlə yazılmadı. Azərbaycan xalqı dövlətçilik iradəsini, Ordusu isə qüdrətini nümayiş etdirərək 2020-ci ildə tarixi Zəfərə imza atdı. Vətən müharibəsinin ilk günlərindən Cəbrayıl istiqamətində qazanılan uğurlar sonrakı hərbi əməliyyatların gedişinə ciddi təsir göstərdi."        
Düşmənin müdafiə xətlərini yarmaq üçün böyük peşəkarlıq, cəsarət və fədakarlıq tələb edildiyini vurğulayan millət vəkili bildirib ki, Cəbrayılın azad olunması Azərbaycan Ordusuna digər istiqamətlərdə hücumu genişləndirmək üçün strateji imkanlar açdı: "2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsi Azərbaycan xalqının yaddaşına qürur səhifəsi kimi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə Cəbrayılın həyatında yeni dövrün başlanğıcı oldu. Xudafərin körpüsündə Azərbaycan bayrağının ucaldılması isə təkcə hərbi uğurun deyil, milli iradənin və tarixi yaddaşın təntənəsi kimi qəbul edildi. Bu gün Cəbrayıl artıq dağıntılar məkanından gələcəyə doğru inamla addımlayan quruculuq ünvanına çevrilib. Şəhərin Baş planı, yeni yaşayış kompleksləri, məktəblər, xəstəxana, sənaye və logistika layihələri, yol və enerji infrastrukturu bu yeniliyin göstəriciləridir. 2024-cü ilin sentyabrında Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması isə ən böyük məqsədin - insanların doğma torpaqlarına qayıdışının reallığa çevrildiyini göstərdi. Cəbrayılın bərpasına dövlət səviyyəsində göstərilən diqqət Prezident İlham Əliyevin azad edilmiş ərazilərin dirçəldilməsi siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir. Dövlət başçısının rayona səfərləri, yeni layihələrin təməlini qoyması və açılışlarda iştirakı quruculuq prosesinin ardıcıl xarakter daşıdığını göstərir. 4 Oktyabr - Cəbrayıl şəhəri günü bu baxımdan keçmişin ağrılarını unutmaq deyil, həmin ağrılardan doğan milli iradəni və qələbəni anlamaq günüdür. Bu tarix sübut edir ki, Azərbaycan öz torpaqlarını işğalla barışaraq deyil, güclü dövlət, qüdrətli ordu və milli birlik sayəsində azad edib. Bu gün yenidən qurulan Cəbrayıl isə qalib Azərbaycanın gələcəyə baxışını, Böyük Qayıdışın mahiyyətini və azad edilmiş torpaqlarda yeni həyatın başlanmasını ifadə edir" .

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri