Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 7–9 avqust tarixlərində Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.
Apasport.az xəbər verir ki, çempionatda 50-yə yaxın idmançı ölkənin ən güclüsü adı uğrunda gərgin mübarizə aparacaq.
İdmançılar U15 kateqoriyasında 40 metr, U18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.
Proqrama əsasən, 7 avqust tarixində idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8 avqustda əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq, 9 avqust tarixində isə final görüşləri ilə qaliblər müəyyənləşəcək.
Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 28 İyul 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















