Icma.az
close
up
RU
Kamera ya yoxdur, ya da var, amma işləmir Məktəblərdə kamera problemi AÇIQLAMA

Kamera ya yoxdur, ya da var, amma işləmir Məktəblərdə kamera problemi AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Son vaxtlar gündəlik həyatımızda, xüsusən sosial şəbəkələrdə məktəblərlə bağlı yayılan xəbərlər arasında tez-tez diqqət çəkən məsələlərdən biri də təhlükəsizlik kameralarının ya ümumiyyətlə olmaması, ya da olsa belə işləməməsi ilə bağlıdır. Bu cür halların tez-tez rast gəlinməsi valideynlərin narahatlığını artırır.

Redaktor.az olaraq şəhər sakinləri arasında bu məsələ ilə bağlı kiçik bir sorğu keçirdik. Rəylər müxtəlif olsa da, əksəriyyət məktəblərdə kameraların zəruri olduğunu düşünür.

10-cu sinif şagirdinin anası bildirir ki, "Kamera mütləqdir. Bəzən sinifdə münaqişə yaranır, hər kəs günahı bir-birinin üstünə atır. Belə hallarda nə müəllim, nə də valideyn məsələni tam anlaya bilmir. Amma kamera olsa, hər şey aydın olar".

İbtidai sinif şagirdinin anası isə deyir: "Bəzən böyük sinif şagirdləri ibtidai siniflərin çantalarına girirlər. Bu yaxınlarda oğlumun sinfində belə bir hadisə oldu. Kamera görüntülərinə baxmaq istədik, dedilər ki, kamera işləmir. Bu, həm təhlükəsizlik, həm də nizam-intizam baxımından ciddi problemdir".

Başqa bir valideyn isə məsələyə fərqli aspektdən yanaşır: "Kameralar həm uşaqların, həm də müəllimlərin davranışına təsir edir. Bilirlər ki, izlənirlər və bu, məsuliyyət hissini artırır. Həm də valideyn olaraq övladımızın harada və necə olduğunu bilmək bizə psixoloji rahatlıq verir".

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, məktəblərdə təhlükəsizlik tədris və təhsildən də önəmli məsələdir:

"Təhlükəsizlik mütləq mənada bütün müəssisələrdə təmin olunmalıdır. Kamera olduğu zaman insanlar biləcək ki, həmin məkan izlənilir hər hansısa bir problem yaranarsa, fiziki şiddət olarsa şagirdlər rahatlıqla şikayət edə biləcəklər, çünki çəkilən görüntülər sübutları olacaq".

Müsahibimizin sözlərinə görə, məktəblərimizdə bir çox məkan var ki, müəllimlərin nəzarətində olmur.

"Hər məkanda, otaqda növbətçi müəllim yoxdur. Ona görə də, şagirdlərin çoxu məktəbdə özlərini təhlükəsiz hiss etmirlər. Bu səbəbdən məktəblərdə mütləq mənada hər otaqda, dəhlizlərdə kamera olmalıdır. Bütün siniflərdə kamera olması müəllimlər üçün stres yarada bilər, amma düşünürəm ki, peşəkar müəllim üçün bunun heç bir fərqi olmamalıdır. Ancaq bir nüansda var ki, bu qeydlər hər bir valideynin özəl telefonunda birbaşa izlənməməlidir, məktəb rəhbərliyində olmalı və əgər ehtiyac yaranarsa, təhlükəsizlik məqsədilə valideynədə izlədilməlidir", - deyə Q.Məhərrəmov vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri