Icma.az
close
up
RU
Kamilla Diananın adına hazırlanan çantada Bu, xəyanətdir

Kamilla Diananın adına hazırlanan çantada Bu, xəyanətdir

Icma.az, Axsham.az saytına istinadən bildirir.

İngiltərənin Askot şəhərində keçirilən illik at yarışlarının dördüncü günündə kraliça Kamilla britaniyalı dizayner Anna Valentineyə məxsus ağ libas geyinib.

Axşam.az xəbər verir ki, o, görünüşünü mərhum kraliça II Elizavetaya məxsus “Raspberry Pip” broşu və Filip Treysiyə məxsus tüklü şlyapa ilə tamamlayıb. Amma ictimaiyyətin diqqətini çəkən əsas aksesuar — Kamillanın əlində tutduğu açıq rəngli "Lady Dior" çantası olub.

"Dior"un rəsmi saytında bu çanta haqqında qeyd olunur: “Məşhur "Lady Dior" çantası hər zaman Uels şahzadəsi, Ledi Diana ilə bağlı olacaq. 1995-ci ilin sentyabrında Parisdə Böyük Sarayda Pol Sezan retrospektivinin açılışında Fransanın birinci xanımı Bernadet Şirak ona hələ rəsmi olaraq satışa çıxarılmamış və o vaxtlar ‘Chouchou’ adlanan "Dior" çantasını hədiyyə edib.

Bu çanta qısa müddətdə Diananın imzasına çevrilib: o, müxtəlif rəng və ölçülərdə sifariş verir, həm rəsmi tədbirlərdə, həm də gündəlik çıxışlarında istifadə edirdi. 1996-cı ildə "Dior" bu modeli rəsmən "Lady Dior" adlandırıb.

Kral III Çarlz, Diana və Kamilla arasında olan mürəkkəb münasibətlər fonunda Kamillanın bu çantanı seçməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu “uyğunsuz” və “hörmətsizlik” adlandırıblar.

"The Crown" adlı teleqram kanalında yazılıb: “Yaxşı, nə olar, Kamilla Çarlzı əlindən aldı — keçdi, getdi. Amma "Lady Dior"un ürəklərin kraliçasının adını daşıyan çantası ilə görünmək xəyanətin zirvəsidir".

Xatırladaq ki, şahzadə Çarlz (indiki kral III Çarlz) və Diana Spenser 1981-ci ildə evləniblər. Onların iki oğlu olub — Uilyam və Harri. Lakin Çarlzın Kamilla Parker-Boulz ilə davam edən münasibətləri onların nikahını gərginləşdirib. 1992-ci ildə ayrı yaşamağa başlayıblar, 1996-cı ildə isə rəsmi olaraq boşanıblar. Bir il sonra, 1997-ci ildə, Diana Parisdə avtomobil qəzasında vəfat edib.

Kamilla isə o vaxta qədər Endryu Parker-Boulz ilə evli olub. O, Çarlzla 2005-ci ildə Vindsorda bələdiyyə binasında keçirilən mülki nikah mərasimi ilə evlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://axsam.az
archiveBu xəbər 21 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri