Icma.az
close
up
RU
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşüb.

"Sherg.az" xəbər verir ki, K.Əliyev dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə olduğu kimi ölkələrimizin prokurorluq orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu bildirib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışan tərəflər mütəşəkkil cinayətkarlığın, o cümlədən qanunsuz fəaliyyətlərin iqlim dəyişikliyinə səbəb olması və ətraf mühitə dağıdıcı təsirləri barədə danışıb.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən Muhsin Şentürk iki qardaş ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirərək, münasibətlərin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı COP29 zamanı mühüm qərarlar veriləcəyinə ümidvar olduğunu bildirib.

Kamran Əliyev həmkarına dəvətini qəbul edərək tədbirdə nümayəndə heyəti ilə iştirakına görə təşəkkürünü ifadə edib.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı da iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Noyabr 2024 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri