Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Xalqların ortaq məqsədlər ətrafında birləşməsi ŞƏRH

Xalqların ortaq məqsədlər ətrafında birləşməsi ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın multikulturalizm modeli təkcə tarixi ənənələrə deyil, həm də dövlət siyasətinin əsas prinsiplərinə söykənir. Ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər də müstəqil siyasətin və xalqımızın zəhmətinin nəticəsidir. Azərbaycanın beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsi, enerji və nəqliyyat sahələrində mövqelərinin möhkəmlənməsi, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişafı ölkəmizin etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa dövlətləri ilə əməkdaşlıq, eləcə də Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun mühüm göstəriciləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil siyasətini və mədəniyyətlərarası dialoqa verdiyi töhfələri bir daha nümayiş etdirib. Qlobal çağırışların artdığı bir şəraitdə xalqların bir-birini daha yaxından tanıması, fərqli dəyərlərə hörmətlə yanaşması və ortaq məqsədlər ətrafında birləşməsi xüsusi əhəmiyyət daşıyır. 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Forum ötən 15 il ərzində səmərəli və əhatəli dialoq platformasına çevrilib. 100-dən çox ölkəni təmsil edən iştirakçıların Bakıda bir araya gəlməsi ölkəmizin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin göstəricisidir. Azərbaycanın tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynaması, müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yanaşı yaşaması bu təşəbbüsün möhkəm mənəvi əsaslarını təşkil edir.

Dövlət başçısı çıxışında vurğulayıb ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin tarixən formalaşmış multikultural dəyərlərinə, dini dözümlülük ənənələrinə və müxtəlif mədəniyyətlərə hörmət prinsipinə əsaslanır. Bu siyasət fərqli cəmiyyətlər arasında körpülərin qurulmasına, qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında beynəlxalq münasibətlərdə ikili standartların yolverilməz olduğunu da qeyd edib. Beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinə müdaxilə edilməməsi və xalqların öz gələcəyini sərbəst müəyyənləşdirmək hüququ beynəlxalq münasibətlərin əsas prinsipləri olmalıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, hər bir dövlətin müstəqilliyinə və milli maraqlarına eyni dərəcədə hörmət göstərilməlidir. Çıxışda milli-mənəvi dəyərlərin, ana dilinin və ənənələrin qorunmasının əhəmiyyəti də vurğulanıb. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin qorunması ölkənin inkişafında mühüm rol oynayıb. Cəmiyyətdə həmrəyliyin və milli kimliyin qorunması, bu dəyərlərin gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına da toxunub. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyev regionda davamlı sülhün təmin olunmasının, dövlətlər arasında etimadın möhkəmləndirilməsinin və beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin vacibliyini diqqətə çatdırıb.

Forumda azərbaycançılıq ideyasının əhəmiyyətinə də xüsusi diqqət yetirilib. Azərbaycan xalqını birləşdirən bu ideya milli mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq, bütün vətəndaşlarımızın ümumi dövlətçilik maraqları ətrafında birliyini ifadə edir. Tarixin müxtəlif dövrlərində xalqımızın üzləşdiyi çətinliklər milli kimliyimizin qorunmasının nə qədər vacib olduğunu göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaşadığımız sistemdən asılı olmayaraq, dəyərlərimizi, dilimizi, ənənələrimizi, həyat tərzimizi qoruyub saxlaya bilmişik. Dövlət müstəqilliyinin bərpasından sonra isə öz taleyimizin sahibinə çevrilərək ölkəmizin gələcəyini müəyyənləşdirmək imkanı qazanmışıq.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın sülh və qarşılıqlı anlaşma tərəfdarı kimi çıxış etməsidir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması üçün mühüm zəmin yaradır. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yeni əməkdaşlıq imkanları formalaşıb. Bu imkanların reallaşdırılması dövlətlərin bir-birinin hüquqlarına hörmət etməsindən, qarşılıqlı etimadın gücləndirilməsindən və sülh gündəliyinə sadiqlikdən asılıdır. Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi mövqe isə dialoqun, əməkdaşlığın və davamlı sülhün alternativsiz əhəmiyyətini bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi inkişafı və beynəlxalq mövqelərinə də toxunub. Dövlətimizin başçısı ölkəmizin xarici borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olduğunu vurğulayaraq iqtisadi dayanıqlılığın əhəmiyyətini diqqətə çatdırıb. Enerji resurslarının beynəlxalq bazarlara etibarlı şəkildə çatdırılması, müasir nəqliyyat infrastrukturunun yaradılması və regional bağlantı imkanlarının genişləndirilməsi Azərbaycanın strateji əhəmiyyətini artırır. Əlverişli coğrafi mövqeyimizlə yanaşı, həyata keçirilən infrastruktur layihələri və qonşu dövlətlərlə qurulan əməkdaşlıq əlaqələri ölkəmizi Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir.

2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması baxımından mühüm hadisə olub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi regionda münasibətlərin yeni mərhələyə keçməsi üçün zəmin yaradıb. İndi əsas vəzifə əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və regionda uzunmüddətli sülhün təmin edilməsidir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyətlərarası və dinlərarası münasibətlər, sülh quruculuğu, rəqəmsal inkişaf və müasir dünyanın digər aktual məsələləri müzakirə olunur. Tədbir müxtəlif ölkələrin nümayəndələri arasında fikir mübadiləsi aparılması, ortaq yanaşmaların formalaşdırılması və əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri