Icma.az
close
up
RU
Kamran Əsədov: Uşağın başına vuraraq ona “Yekəbaş” demək yalnız fiziki deyil, həm də psixoloji zorakılıqdır

Kamran Əsədov: Uşağın başına vuraraq ona “Yekəbaş” demək yalnız fiziki deyil, həm də psixoloji zorakılıqdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"307 saylı orta məktəbin 6E sinfində oxuyan oğlum fizika müəllimi tərəfindən zorakılığa məruz qalıb. Sinif rəhbəri isə onu məktəbdən qovacağı ilə hədələyir".

Bunu Bakupost.az -a şagirdin anası, 346 saylı məktəbdə müəllim işləyən Məlahət Nağıyeva bildirib.

Onun sözlərinə görə, fizika müəllimi Günay Şamilova təbiət fənni dərsi zaman şagirdə fiziki şiddət göstərib:

"Günay Şamilova uşaq dərslə bağlı sual verəndə onun başına bərkdən vurub və "Yekəbaş, sən niyə bunu bilmirsən?" deyib. Uşaq deyir ki, əli ilə elə bərk vurdu ki, şappıltısına bütün uşaqlar güldü".

Valideynin sözlərinə görə, oktyabrın 30-da isə sinif yoldaşı oğlunun boğazından yapışaraq başını lövhəyə çırpıb, daha sonra isə yerə yıxıb və təpikləyib:

"Uşaq dedi, az qala nəfəsim kəsilmişdi. Sıxmaqdan boğazında cırmaq izləri qalmışdı. Səhəri gün direktorun yanına apardım. Sinif rəhbərinə dedim. Direktor dedi ki, başqa sinifə keçirək, ya da alınmırsa, uşağı məktəbdən çıxarın. Uşağın döyülməsi ilə bağlı heç bir tədbir görmədi.

Sinif rəhbəri Vüsalə Əliyevanın oğlu başda olmaqla 7 nəfər idman zalının geyim otağında uşağı döyüblər. Arxadan uşağın alt geyimini çəkiblər. O da onlardan birini itələyib ki, sən neynirsən. Sonra 7 nəfər birləşib onu döyüblər.

Sinif rəhbəri isə valideynlərə şikayət yazdırmaq istəyib ki, uşağı məktəbdən çıxartdırsın. Bəzi valideynlər razılaşmayıb. Deyiblər ki, biz onları tanımırıq, niyə yazaq? Hətta bir valideyn mənə yazdı ki, bizə ərizəni məcbur yazdırdılar. Vüsalə müəllimə uşağa deyib ki, ya səni sinifdən çıxaracam, ya da özüm çıxacam".

Məlahət Nağıyeva oğlunun artıq 10 gündür dərsə getmədiyini deyib. Onun sözlərinə görə, tez-tez məktəbdə uşağı aşağılayır, fiziki təzyiq göstərirlər: 

"Uşaq psixloji sarsıntı, stress keçirir. Hər dəfə məktəbə gedəndə eyni şeyləri yaşamaqdan yorulub".

Məsələ ilə bağlı 307 saylı məktəbdən Bakupost.az -a bildirilib ki, döyüldüyü iddia olunan VI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir:

"Şagirdlə məktəb rəhbərliyi, məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək, övladının uyğunsuz davranışı ilə bağlı ona məlumat verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib. 

Müəllimin VI sinif şagirdinə fiziki təzyiq göstərməsi ilə bağlı valideynin iddiaları əsassızdır. Müəllimə qarşı əsassız ittihamı KSQ-də obyektiv qiymətləndirmə nəticələrinin valideyni qane etməməsindən qaynaqlanır".



Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, Uşaqların məktəbdə müəllim tərəfindən döyülməsi və ya təhqir edilməsi həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir:


“Təhsil sistemi uşaqların fiziki, emosional və intellektual inkişafını dəstəkləmək üçün qurulub. Müəllimin öz vəzifəsini yerinə yetirərkən zorakılıq və təhqirə əl atması əsas prinsipə ziddir və ciddi nəticələr doğurur. Müəllimlərin şagirdlərə qarşı zorakılığı ilə bağlı məsələdə ilk növbədə müəllimlərin rolu və məsuliyyəti nəzərdən keçirilməlidir. Müəllim yalnız bilik verən şəxs deyil, həm də şagirdlərin inkişafında bir model və yol göstəricidir. Onun davranışları uşaqların emosional və sosial inkişafına birbaşa təsir göstərir. Şagirdlərin müəllimdən sual vermək hüququ var, çünki təhsil prosesi öyrənmək və anlamaq üzərində qurulub. Suallara dözümsüz yanaşan, cavab vermək əvəzinə zorakılıq və təhqirə əl atan müəllim bu prosesi pozur və uşağın təhsilə inamını sarsıdır. Uşağın başına vuraraq ona “Yekəbaş” demək yalnız fiziki deyil, həm də psixoloji zorakılıqdır. Fiziki zorakılıq uşağın sağlamlığına birbaşa zərər vurduğu kimi, psixoloji zorakılıq onun özünə inamını, şəxsiyyətini və emosional vəziyyətini zədələyir. Bu cür yanaşma uşağın uzunmüddətli psixoloji travmalar yaşamasına səbəb ola bilər. Bir çox araşdırma göstərir ki, məktəbdə zorakılığa məruz qalan uşaqlar özlərini daha dəyərsiz hiss edir, öyrənmə motivasiyalarını itirir və məktəb mühitində özlərini təhlükəsiz hiss etmirlər. Müəllimlərin uşaqlara qarşı zorakılığı qanunvericiliklə qəti şəkildə qadağandır. 


Ekspertin sözlərinə görə Azərbaycan Respublikasının qanunlarına əsasən, hər bir uşağın zorakılıqdan müdafiə olunmaq hüququ var:

“Uşaq hüquqları haqqında” qanun və “Təhsil haqqında” qanun bu prinsipi qorumaq üçün əsas hüquqi çərçivəni təmin edir. Belə hallarda müəllimlər inzibati, hətta bəzi hallarda cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Fiziki və psixoloji zorakılığa görə müəyyən cərimələr, müəllimlik lisenziyasının ləğvi, hətta məhkəmə yolu ilə cəzalandırılma mümkündür. Sinif rəhbərinin uşağı məktəbdən qovmaqla hədələməsi isə təhsilin mahiyyətinə tamamilə ziddir. Təhsil hər bir uşağın haqqıdır və heç bir müəllim və ya məktəb rəhbərliyi bu hüququ məhdudlaşdırmaq səlahiyyətinə malik deyil. Əksinə, müəllim və rəhbərlik şagirdin problemlərini həll etmək, onun inkişafına dəstək olmaq üçün çalışmalıdır. Belə halların qarşısını almaq üçün həm qanunvericilikdə, həm də məktəb mühitində dəyişikliklərə ehtiyac var. İlk növbədə, müəllimlərin etik davranışları ilə bağlı təlimlərin artırılması zəruridir. Müəllimlər uşaqların psixoloji xüsusiyyətlərini nəzərə almalı və onların suallarını səbrlə cavablandırmalıdır. Bundan əlavə, məktəblərdə zorakılıq hallarını izləmək üçün müstəqil nəzarət mexanizmləri yaradılmalıdır. Şagirdlər və valideynlər üçün anonim şikayət mexanizmlərinin qurulması da bu cür halların erkən mərhələdə aşkarlanmasına və qarşısının alınmasına kömək edə bilər. Həmçinin, təhsil mühiti təkcə bilik öyrətməklə deyil, uşaqların özlərini təhlükəsiz, dəyərli və hörmətli hiss edəcəkləri bir mühit yaratmaqla da formalaşmalıdır. Müəllimlərin uşaqları döyməsi və təhqir etməsi, yalnız həmin uşaqlar üçün deyil, bütövlükdə təhsil sisteminin nüfuzu üçün təhlükə yaradır. Belə halların baş verməsi müəllimlərin seçim prosesindən tutmuş onların davamlı təliminə qədər hərtərəfli dəyişiklikləri tələb edir. Təhsil hər bir uşağın haqqıdır və bu hüquq nə fiziki zorakılıqla, nə də təhqirlə məhdudlaşdırıla bilər. Müəllimlər, məktəb rəhbərləri və cəmiyyət olaraq hər bir uşağın təhlükəsiz və hörmətli bir təhsil mühitinə sahib olmasını təmin etmək bizim birgə məsuliyyətimizdir. Bu məsələni yalnız fərdi bir problem kimi deyil, təhsil sisteminin bütövlükdə inkişafı üçün bir siqnal kimi qəbul etməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri