Icma.az
close
up
RU
Kamran Həsənov: Yeni terminlərin dilimizə uyğunlaşdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür

Kamran Həsənov: Yeni terminlərin dilimizə uyğunlaşdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Qloballaşma ilə dilin saflığının qorunması tarazlaşdırıla bilər. Yeni terminlər dilimizi zənginləşdirə və ya xələl gətirə bilər".
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Bakıda Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Kamran Həsənov bildirib ki, Prezident İlham Əliyevin çıxışlarında Azərbaycan dilinin saflığının qorunmasını xüsusilə vurğulaması, dövlət rəhbərliyinin bu problemə nə qədər həssas yanaşdığını və önəm verdiyini göstərir.
PA rəsmisi qeyd edib ki, bu, eyni zamanda son 10 il ərzində bu sahədə görülən işlərə baxmayaraq vəziyyətin hələ də tam qənaətbəxş olmadığını göstərir: "Son illər bu istiqamətdə vacib addımlar atılıb. Qanunvericilik bazası təkmilləşdirilib, dilin saflığının qorunması və yad təsirlərdən mühafizəsi üçün addımlar atılıb. Məktəb və universitetlərdə Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir. Şübhəsiz ki, bu addımlar gələcək nəsil üçün önəmlidir. Yeni terminlərin dilimizə uyğunlaşdırılmasında media və dilçilərin üzərinə böyük məsuliyyət düşür".
PA rəsmisi süni intellekt alətlərinin mediada tətbiqinin müzakirə edildiyi dövrdə belə, dilin saflığının qorunmasının vacib olduğunu qeyd edib.
K. Həsənov yekunda, jurnalistlərin ədəbi dilin normalarına riayət etməsinin cəmiyyətə təsirini vurğulayaraq, problemi yalnız səsləndirməyin deyil, həm də praktik addımlar atılmasının önəmini qeyd edib.
O, son dərəcə strateji, milli kimliklə birbaşa bağlı və dövlət siyasətinin prioritetlərindən biri olan ədəbi dilin saflığının qorunması işlərinin davamlı olmasının şərt olduğunu diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Noyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see187

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see163

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see158

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see136

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see134

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see127

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri