Icma.az
close
up
RU
Əhməd İsmayılov: Xaricdən informasiya təhdidləri fonunda medianın üzərinə böyük məsuliyyət düşür

Əhməd İsmayılov: Xaricdən informasiya təhdidləri fonunda medianın üzərinə böyük məsuliyyət düşür

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Ölkəmizə qarşı xaricdən informasiya təhdidlərinin artması, habelə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən "deepfake" texnologiyaları ilə hazırlanmış və heç bir reallığı əks etdirməyən yalan məzmunlu paylaşımlar vasitəsilə ictimaiyyətin çaşdırılması, ölkəmizin beynəlxalq imicini hədəfə alan çoxsaylı cəhdlərin fonunda həm müvafiq dövlət orqanlarının, həm də Azərbaycan mediasının üzərinə böyük məsuliyyət düşür".

Oxu.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, son illərdə ölkəmizdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkili nəticəsində ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətlərinin yerli mediada operativ formada ifşa olunması, ictimaiyyətdə daxili və xarici neqativ informasiya axınına qarşı dayanıqlı təbii müqavimətin yaradılması, dezinformasiya təhdidlərinin neytrallaşdırılması təmin olunub.

"Heç şübhəsiz ki, cəmiyyətin ictimai-siyasi sayıqlığının qorunması, dövlətçilik prinsip və dəyərlərinin təbliği istiqamətində dövlətin mesajlarının media ilə cəmiyyətə düzgün çatdırılması ictimai rəyin sağlam prinsiplər əsasında formalaşmasına ciddi təsir etməkdədir. "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu və Media Reyestrinin yaradılması nəticəsində bu kommunikativ əlaqədə etibarlılığın təmin olunduğu müşahidə edilməkdədir.

Xüsusilə vurğulanmalıdır ki, MEDİA-nın təşkilatçılığı və müxtəlif dövlət qurumlarının tərəfdaşlığı ilə hər il may ayının əvvəlində keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forum dövlət-media dialoqunun praktik platforması rolunu oynayır və hər bir dövlət qurumunun öz mesajlarını auditoriyaya effektiv formada çatdırması üçün açıq müzakirə formatı təqdim edir. Beləliklə, müxtəlif sahələrdə dövlət siyasətini həyata keçirən strukturlarla media arasında fikir və mesajların birbaşa ötürüldüyü müzakirə mühiti yaradılır, nəticədə kommunikasiya effektiv formada həyata keçirilir, tərəflər arasında qarşılıqlı etimad gücləndirilir", - Ə.İsmayılov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 May 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri