Kanada hakimiyyəti narkotik sınağının uğursuz olduğunu etiraf etdi
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kanadanın Britaniya Kolumbiyası əyalətinin hökuməti qanunsuz narkotiklərin istifadəsini və saxlanmasını dekriminallaşdırmaq üzrə təcrübələrini rəsmi olaraq uğursuz elan edib.
Oxu.Az xəbər verir ki, məlumatı "The Globe and Mail" qəzeti yayıb.
Britaniya Kolumbiyasının hakimiyyəti 2.5 qrama qədər ağır narkotik saxlamanın dekriminallaşdırılması üzrə təcrübələrini dayandırıb.
Birillik proqram yanvar ayının sonunda başa çatacaq və uzadılmayacaq.
Bölgənin səhiyyə naziri Cozi Osborn bildirib ki, pilot layihə ümid olunan nəticələri verməyib. O, təfərrüatı açıqlamayıb və proqramın nəticələri barədə ətraflı hesabatın daha sonra yayımlayacağına söz verib.
Təcrübə 31 yanvar 2023-cü ildə başlayıb. Məqsəd yerli əhali arasında narkotik asılılığı ilə mübarizə aparmaq idi. O zaman yerli orqanlar federal hökumətin və əvvəllər marixuananı leqallaşdıran keçmiş baş nazir Castin Trüdonun dəstəyini almışdı.
Təcrübə zamanı Britaniya Kolumbiyasının sakinləri qanunu pozmadan 2.5 qrama qədər opioid, kokain, ekstazi və metamfetamin kimi narkotik maddələr saxlaya bilirdilər. Lakin təhsil və uşaq baxımı müəssisələrində, hava limanlarında və limanlarda narkotik istifadəsinə qadağa qalırdı.
Qəzetin məlumatına görə, ictimai yerlərdə geniş yayılmış narkotik istifadəsi ilə bağlı şikayətlər tez bir zamanda ortaya çıxıb. Bundan əlavə, gözləntilərin əksinə olaraq, müalicə almaq üçün müraciət edən narkotik asılılarının sayı artmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 15 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















