Kanada ABŞ ilə ticarət müharibəsinə hazır olduğunu açıqlayıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Donald Tramp administrasiyası martın 4-də Kanada mallarına rüsum tətbiq edərsə, Kanada 155 milyard Kanada dolları (107,4 milyard dollar) məbləğində cavab rüsumları tətbiq edəcək.
APA xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Melani Coli məlumat verib.
"Tramp tariflər tətbiq etsə, biz 155 milyard Kanada dolları məbləğində rüsumlarla cavab verməyə hazır olacağıq", - nazir deyib.
Coli Kanadanın ABŞ prezidentinin vəd etdiyi rüsumlara hazır olduğunu bildirib.
Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan gələn bütün idxal mallarına 25% rüsum tətbiq edəcəyini açıqlayıb.

ABŞ təzyiq etdi Kanada Çinlə ticarət müharibəsinə başladı
10 Mart 2025 14:40
Kanada və Meksika ABŞ a qarşı ticarət rüsumlarını açıqlayıb
02 Fevral 2025 07:35
“HƏMAS” ABŞ ilə dialoqa hazır olduğunu açıqlayıb
27 Yanvar 2025 09:10
“ABŞ Kanada, Meksika və Çinlə ticarət müharibəsinə başlayıb: ilk iqtisadi zərbələr“ “Reuters“
04 Mart 2025 22:03
Kanada ABŞ ı ticarət zərbəsi ilə vurdu..?
04 Mart 2025 21:17

