Kanada mühəndislik şirkətinin məhsullarının ABŞ da satılması qadağan edilib
Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti “Bombardier”in məhsullarının artıq ABŞ-da satılmayacağını bəyan edib
ABŞ Prezidenti Donald Tramp Kanada mühəndislik şirkəti “Bombardier”in məhsullarının artıq ABŞ-da satılmayacağını bəyan edib.
AYNA.AZ-ın xəbərinə görə, ABŞ Prezidenti “Truth Social”da yazıb: "ABŞ-da “Bombardier” satışları artıq dayandırılıb. Onların məhsulları kifayət qədər yaxşı deyil. Gəlirlərinin 50%-dən çoxu ABŞ-dan gəlir - onlar Amerika istehlakçıları, biznesləri, hava limanları və xidmət sənayesi hesabına yaşayırlar. Kanada isə bizim böyük Amerika banklarımıza və şirkətlərimizə mane olur".
Bundan əlavə, Tramp deyib ki, əgər Kanada Amerika bazarını istəyirsə, ABŞ-a "donuz bankı" kimi yanaşmağı dayandırmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 08 Sentyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















