Kanadada dəhşətli faciə: Ayılar ana və qızını parçaladı
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Kanadada ayı hücumu faciə ilə nəticələnib. Ana və 20 yaşlı qızı boz ayıların hücumu nəticəsində həyatını itirib.
“Yeni Sabah” xəbər verir ki, hadisə ölkənin Britaniya Kolumbiyası əyalətinin Bella Kula bölgəsində baş verib.
Məlumata görə, terapevt Ceni Balcarras və onun 20 yaşlı qızı Selah Rid bazar günü itkin düşüblər. Ailə üzvlərinin müraciətindən sonra başlayan axtarışlar zamanı onların meyitləri aşkarlanıb. Marqarita pizza
Britaniya Kolumbiyası Vəhşi Təbiəti Mühafizə Xidmətinin əməkdaşı Ceff Tayr hadisədə birdən çox boz ayının iştirak etmiş ola biləcəyini bildirib. Hazırda hücuma qarışan heyvanların müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə təxminən bir il əvvəl də ayı hücumu qeydə alınıb. Həmin vaxt bir qrup məktəbli və müəllimə hücum edən boz ayı nəticəsində bir böyük və üç uşaq ağır yaralanıb. Həmin heyvanı isə indiyədək tutmaq mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 05 Noyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















