Icma.az
close
up
RU
Kanadada lobbiçiliyimizi inkişaf etdirmək üçün orada yaşayan gənclərin daha böyük rolu olmalıdır

Kanadada lobbiçiliyimizi inkişaf etdirmək üçün orada yaşayan gənclərin daha böyük rolu olmalıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Azərbaycan diasporu bu gün fəaliyyətini əsasən strateji lobbiçilik, peşəkar informasiya və media işi, akademik-intellektual mövqe quruculuğu və gənclərin sistemli hazırlanması istiqamətində cəmləməlidir. Məqsəd təkcə milli maraqları emosional şəkildə müdafiə etmək yox, qərarverici siyasi dairələrə təsir göstərmək, dezinformasiyaya operativ və faktlara əsaslanan cavab verməkdir. Eyni zamanda mədəni diplomatiyanı folklor çərçivəsindən çıxarıb müasir Azərbaycanın reallıqları üzərində qurmaq və digər güclü diasporlarla əməkdaşlıq edərək vahid, koordinasiyalı və nəticəyönlü mövqe ortaya qoymaq olmalıdır.

Kanadada yaşayan və müəllim kimi fəaliyyət göstərən Yeganə Cəfərzadə Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Yeganə Cəfərzadə

- Müharibə dövründə Azərbaycan diasporunun vəziyyəti necə idi?

- Müharibə 2020-ci ilin sentyabrın 27-də başladı. Torpaqlarımızın azadlığı uğrunda bütün əli silah tutan gənclərimiz silaha sarılaraq öz torpaqlarımızı xilas etmək üçün yola çıxdı. Biz də bütün azərbaycanlılar dünya ölkələrində birləşərək ayağa qalxdıq desəm, daha doğru olar. Çünki bizlər də arxa cəbhədə sosial şəbəkələri nəzarətdə saxlayardıq və həmçinin də öz yaşadığımız ölkədə biz də Azərbaycan həqiqətlərini tanıtmaq üçün ayağa qalxmalıydıq.

Biz Kanadada yaşayan bir neçə azərbaycanlı bir yerdə yığılaraq həmin gecə yatmadıq. Eşidəndə ki, Azərbaycanda müharibə başlayıb, gecə saatlarında səhərə qədər yatmadıq və bir qurum yaratdıq. Adı “Kanada Azərbaycanlıları Şəbəkəsi”dir. Bu şəbəkə indiyə qədər də öz fəaliyyətini davam etdirir. Biz Azərbaycanın siyasətini, dövlətimizin siyasətini rəhbər tutaraq səfərbər olduq. Kanadanın məhsuldar fəaliyyətdə olan, yəni necə deyim dövlət qurumlarında çalışan və həmçinin nazirlər, parlament üzvləri ilə əlaqə yaratmağa başladıq. Çünki biz istəyirdik ki, Kanadada Azərbaycan həqiqətlərini tanısınlar və Azərbaycanın işğalçı bir dövlət olmadığını nəhayət ki, başa düşsünlər. Biz haqlı olaraq öz torpaqlarımızı təmizləmək üçün ayağa qalxmışıq. Bəli, bu yolda biz də mübarizəmizi davam etdirdik. Həqiqətən, birliyimiz çox möhkəm idi, sıralarımız artdı və müharibə dövründə öz xalqımızın, dövlətimizin yanında olduq.

Kanadada ilk dəfə idi ki, radio ilə oktyabrın 17-də biz Torontonun küçələrində nümayişə çıxdıq. 10 minə yaxın azərbaycanlı və Azərbaycanı dəstəkləyən Türk xalqı, yəhudilər, başqa xalqların nümayəndələri, gürcülər birgə addımladı. Bizə dəstək oldular və böyük bir hərəkata başladıq. Torontonun küçələrində addımlayaraq, Mərkəzi Şəhər Sovetinin önünə qədər gəldik və orada da nümayişimizi davam etdirdik. Hətta Torontoda, Kanadanın radio televiziyasında da səsləndirdilər ki, azərbaycanlılar böyük izdihamlı mitinq keçirdilər.

Bundan əlavə, bizim Kanadada “Azərbaycan Qadınlarının Dəstək Cəmiyyəti” adlı qadınlar cəmiyyətimiz var. Bu cəmiyyətin qadınları parlament önünə gedərək orada nümayiş keçirdi. Biz erməni analarını öz oğullarını geri çağırmağa səslədik. Elə oradaca biz məktub təqdim etdik ki, torpaqlarımız azad olunmalıdır. Çünki biz işğalçı dövlət deyildik. Torpaqlarımız 30 illik işğaldan azad olunmalıdır. Sərhədlərimizin bütövlüyü qorunmalıdır. Biz məktubu parlamentə təqdim etdik. Gecə-gündüz dayanmadan öz xalqımızın, dövlətimizin yanında olduq.

Siyasət heç zaman dayanmır, tükənmir. Dünya azərbaycanlılarının beşinci qurultayında mən də iştirak edirdim. Orada da Prezidentimizin bizə verdiyi bir xəritə, bir yol vardı. Biz həm də Kanadaya, ümumiyyətlə bütün dünyaya yayılan gənc nəslin vətənpərvər ruhda böyümələrində iştiak etməli idik. Bu, bizim böyük rolumuz olmalıdır. Eyni zamanda dilimizi inkişaf etdirməliyik, Azərbaycan dilini yaymalıyıq və həmçinin də gənclərimizi yetişdirməliyik. Hazırda dilimizin inkişafından sonra məşğulluq istəyirik ki, Kanadada doğulub böyüyən uşaqlar öz dilimizi, tariximizi, mədəniyyətimizi, irsimizi, soy köklərimizi tanısınlar. Və bu dəyərləri bizdən sonra da yaşatsınlar.

- Kanadada gənclərə məxsus təşkilatları varmı?

- Kanadanın Toronto şəhərində gənclərin qurumları var. Onlar da öz fəaliyyətlərini davam etdirirlər. Kanadada lobbiçiliyimizi inkişaf etdirmək üçün gənclərin daha böyük rolu olmalıdır. Çünki onlar bizim davamçılarımızdır, onlar da bu yolda çalışırlar.

Həmçinin, orta məktəbdə oxuyan uşaqlara Azərbaycan dili dərsləri keçirilir. Bizim Kanadada artıq 20 illiyini qeyd edəcəyimiz bir məktəbdə siniflərimiz var. Toronto Təhsil Mərkəzinin nəzdində Azərbaycan dili xarici dil kimi tədris olunur.

2026-cı ilin sentyabrında 20 illiyimizi qeyd edəcəyik. Artıq 20 ildir ki, Azərbaycan dili rəsmi olaraq tədris olunur və mən də həmin məktəbdə müəlliməyəm. Biz çalışırıq ki, gənclərimiz öz soy köklərinə bağlı olsunlar, öz tarixlərini öyrənsinlər. Bu, çox mühümdür. İstər Kanadada doğulan, istərsə də Azərbaycandan köç etmiş insanlarımızın övladları Kanadada özlərinə karyera qurmalıdırlar. Biz istəyirik ki, burada böyüyən uşaqlar və bu ölkədə yaşayan gənclər bu ölkənin cəmiyyətinə inteqrasiya etsinlər, karyeralarını dövlət müəssisələrində davam etdirsinlər.

Burada çox böyük nailiyyət əldə etmişik. Gənclərimiz var ki, onlar parlament üzvləri ilə çalışırlar. Gənclərimiz var ki, onlar görüşlərdə iştirak edirlər.

Biz heç zaman silahımızı yerə qoymuruq, hər zaman ayıq olmalıyıq. Yəni düşmənlərimiz heç zaman yatmırlar. Düzdür, barışıq əldə olunub. Bizim dövlətimizin sərhədləri artıq müəyyəndir. Onlar bizim torpaqlarımıza daha göz dikə bilməzlər.

- Diasporumuz bu gün, müharibədən sonra nə kimi addımlar atmalıdır?

- Xaricdən Azərbaycanda, Ermənistanda və yaxud hardasa nə baş verdiyi görünmür. Kim nə desə, ona inanırlar. Biz buna yol verməməliyik. Öz həqiqətlərimizi hər zaman buradakı dövlət qurumlarına çatdırmalıyıq. Bu yolda bizim yetişdirdiyimiz gənclər bu işləri görməlidirlər.

Biz hər zaman qadınlar cəmiyyəti olaraq buna çalışırıq. Mən Azərbaycan Qadınlarının Dəstək Cəmiyyətinin İdarə Heyətinin üzvlərindən biriyəm. Bura gələn, gənc xanımlar, gənc tələbələr, burada yaşayan insanlar və onların ailələri bizdən hər cəhətdən yardım gözləyirlər. Yəni onlara mənəvi dəstək oluruq. Amma biz onların burada yaşaması, oxuması və burada yerləşməsi üçün çox böyük əmək sərf edir, çox böyük dəstək göstəririk. İstəyirik ki, onlar da burada tək olmadıqlarını görsünlər.

Kanada Azərbaycanlıları Şəbəkəsinin hər yerdə öz nümayəndələri var. Onlar bizim lobbiçiliyimizi inkişaf etdirirlər. İstərdik ki, parlamentdə nümayəndələrimiz olsun. Dövlətimizin siyasətini, məhz onlar təbliğ edirlər, görüş keçirirlər və lazım gəlsə, görüşlərdə iştirak edirlər. Yəni bizim mövcud olduğumuzu onlar görürlər.

Kanada Azərbaycanlıları Şəbəkəsinin sədri Anar Cahangirli idi. Laçın yolu bağlandığı zaman parlamentdə müzakirə gedirdi. Yeddi erməniyə qarşı Kanada Azərbaycanlıları Şəbəkəsinin sədri Anar Cahangirli parlamentdə bütün Azərbaycan həqiqətlərini orada açıqladı. Bizi dəstəkləyən parlament üzvü isə Azərbaycanın sərhədlərinin bütövlüyünün qorunmasını və BMT-nin qətnamələrini diqqətə çatdırdı. Sədr ölkəmizi yüksək səviyyədə təmsil etdi. Azərbaycanın bu sahələrdə fəaliyyət göstərən siyasətçilərinin olması və gənc nəslimizin yetişdirilməsi çox mühümdür. Biz də bu yolda çalışırıq.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 Dekabr 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see138

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri