Icma.az
close
up
RU
Kanadanın baş naziri: Dünya ABŞ olmadan da irəliləyə bilər

Kanadanın baş naziri: Dünya ABŞ olmadan da irəliləyə bilər

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Kanadanın baş naziri Mark Karni bəyan edib ki, dünya bir sıra məsələlər üzrə ABŞ olmadan da irəliləyiş əldə edə bilər. O həmçinin bildirib ki, bu həftəsonu Yohannesburqda keçirilən G20 liderlərinin görüşündə əldə olunan konsensus, ABŞ prezidenti Donald Trampın administrasiyasının boykotuna baxmayaraq, öz əhəmiyyətini qoruyur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Sammit dünyanın əhalisinin 3/4-nü, dünya ÜDM-nin 2/3-sini və dünya ticarətinin 3/4-nü təmsil edən ölkələri bir araya gətirib və bu, ABŞ-ın rəsmi iştirakı olmadan baş verib. Bu, dünya iqtisadiyyatında ağırlıq mərkəzinin dəyişdiyinə dair xatırlatmadır”, deyə Karni qeyd edib.

Karni vurğulayıb ki, Trampın ona gündəlik diktə etməsinə imkan verməyəcək:

"Lazım olanda onunla yenidən danışacağam. Hazırda prezidentlə müzakirə etməli olduğum təcili məsələlər yoxdur. Amerika geri qayıdıb ticarət məsələlərini müzakirə etmək istəyəndə, biz bunu edəcəyik”.

O həmçinin CAR-dan tutmuş Hindistan və Çinə qədər müxtəlif ölkələrlə əlaqələri möhkəmləndirmək cəhdləri barədə ətraflı danışıb.

"Biz yeni sazişlər imzalayırıq və Kanadanın iqtisadi ambisiyaları ilə bağlı planlarımızı reallaşdırmaq üçün yeni investorlar tapırıq. Biz ticarəti genişləndirəcəyik və süni intellektdən tutmuş İndo-Sakit okean regionu və Avropaya qədər müxtəlif sahələrdə tərəfdaşlıqların gücləndirilməsi üçün investisiyaları stimullaşdıracağıq”, deyə Karni bildirib.

"Bloomberg" xatırladır ki, bu il G20 sammitinə ev sahibliyi edən Cənubi Afrika, görüşün yekun deklarasiyasını dərc etməklə ABŞ-a meydan oxuyub. Tramp guya Cənubi Afrikada ağ fermerlərə qarşı təzyiqlərə görə sammiti boykot etməyə qərar verib. Vaşinqton isə bildirib ki, ABŞ-ın iştirakı olmadan sammitdən yalnız sədrin hesabatı yayıla bilər.

Trampın Ağ Evə qayıtmasından sonra ABŞ və Kanada arasında ənənəvi olaraq dünyanın ən yaxın və sabit münasibətləri hesab olunan əlaqələr kəskin böhran və qeyri-müəyyənlik dövrünə daxil olub.

Hələ seçki kampaniyası zamanı Tramp Kanada üçün yüksək idxal tarifləri tətbiq etməklə hədələməyə və onu "51-ci ştat” adlandırmağa başlamışdı.

Oktyabr ayında Ontarionun yerli hökuməti tərəfindən sponsorluq olunan televiziya reklamına görə Kanada və ABŞ arasında böyük qalmaqal baş verib. Tramp o qədər hiddətlənib ki, Kanada ilə ticarət danışıqlarını dayandırıb və ABŞ-a Kanadadan edilən ixracata əlavə 10 faiz tarif tətbiq edib.

Bu fonda Kanada baş naziri Mark Karni iqtisadi əlaqələri Çin və Hindistanla gücləndirməyə çalışır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Noyabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri