Kanal 4 BBC nin yayımlamaqdan imtina etdiyi bu sənədli filmi yayımlayacaq
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin 4-cü kanalı Qəzzada çalışan səhiyyə işçiləri haqqında BBC tərəfindən yayımlanmayan sənədli film yayımlayacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumatda BBC üçün hazırlanan, lakin sonradan yayımı rədd edilən sənədli filmin redaksiya və yayım standartları baxımından yoxlanıldıqdan sonra "Kanal 4" tərəfindən bəyənildiyi bildirilib.
Sənədli filmin 2 İyul Çərşənbə günü yerli vaxtla saat 22:00-da nümayiş olunacağı qeyd olunub.
"Bu, İsrail qüvvələrinin beynəlxalq hüququn ciddi şəkildə pozulmasına dair sübutları araşdıran və Kanal 4-ün cəsarətli, qorxmaz jurnalistikaya sadiqliyini nümunə göstərən mühüm, diqqətlə hazırlanmış filmdir", - açıqlamada deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 30 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















