Kannavaronun maaşı DÇ məşqçiləri sırasında diqqət çəkdi
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Özbəkistan futbol millisinin baş məşqçisi Fabio Kannavaronun maaşı dünya çempionatı öncəsi gündəm olub.
İdman.Biz xəbər verir ki, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionu olmuş mütəxəssisin Özbəkistan millisində illik qazancının dörd milyon avroya (8 milyon AZN) yaxın olduğu bildirilir.
Bu rəqəm onu DÇ-2026-da ən çox qazanan baş məşqçilərdən biri sırasına daxil edir. Məlumata görə, Kannavaronun maaşı İspaniya millisinin baş məşqçisi Luis de la Fuente və Argentina yığmasının çalışdırıcısı Lionel Skaloninin ümumi qazancına yaxın göstərilir.
Mediada yayılan siyahılarda Skaloninin illik maaşı 2,3 milyon avro (4.6 milyon AZN), de la Fuente-nin qazancı isə 2 milyon avro (4 milyon AZN) kimi qeyd olunur. Bu isə birlikdə 4,3 milyon avro (8.6 milyon AZN) edir.
Qeyd edək ki, Özbəkistan Futbol Assosiasiyası daha əvvəl Kannavaronun maaşı ilə bağlı yayılan dörd milyon avro iddialarını şişirdilmiş adlandırıb. Assosiasiya rəsmiləri müqavilənin maliyyə detallarının açıqlanmayacağını bildiriblər.
Fabio Kannavaro 2025-ci ilin oktyabrında Özbəkistan millisinin baş məşqçisi təyin olunub. O, komandanı tarixində ilk dəfə iştirak edəcəyi dünya çempionatına hazırlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 İyun 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















