Kapitan Yuventus azarkeşlərini qəzəbləndirdi
Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Yuventus"un kapitanı Manuel Lokatelli İtaliya milli komandası ilə adi şam yeməyindən sonra tənqid atəşinə tuş gəlib. Sport24.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Florensiyadakı restoranların birində şam yeməyi zamanı millidə yoldaşları, o cümlədən "İnter" oyunçuları Bastoni, Dimarko, Barella və Pio Esposito ilə bir masa arxasında əyləşib.
Yemək zamanı çəkilən şəkil qısa vaxtda sosial mediada yayılıb və Turin klubunun azarkeşlərinin kəskin reaksiyasına səbəb olub.
Azarkeşlərin əksəriyyəti, xüsusən də son matçlarda komandalar arasında yaşanan gərginlik fonunda əzəli rəqiblərlə bu cür mehribanlığın düzgün olmadığını vurğulayıb.
Sosial mediada fikirlər iki yerə bölünüb. "Yuventus"un kapitanını qınayanlarla yanaşı, "İnter"in oyunçuları ilə dostluq cinayətdirmi?" yazıb, onu dəstəkləyənlərdə olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 Mart 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















