Kara Haydar ın 1 milyard 541 milyonluq daha bir kassası üzə çıxdı
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankarada "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalan və onunla əlaqəli şəxslərə qarşı aparılan cinayət işi çərçivəsində növbəti irimiqyaslı əməliyyat keçirilib.
BAKU.WS xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan əməliyyat zamanı Antalyadakı obyektlərdən birində 1 milyard 541 milyon 395 min lirə nağd vəsait kimi aşkar edərək müsadirə edilib.
Hüquq-mühafizə orqanları bu əməliyyatı cinayət yolu ilə əldə edilmiş əmlakın və vəsaitlərin yuyulması (çirkli pulların yuyulması) maddəsi üzrə aparılan təhqiqat çərçivəsində həyata keçirib.
Xatırladaq ki, bu, sözügedən şəbəkəyə qarşı həyata keçirilən ilk uğurlu əməliyyat deyil.
Əvvəllər İstanbulun Sarıyer rayonunun Maslaq məhəlləsində iki avtomobildə aparılan axtarışlar zamanı 16 milyon 440 min avro və 700 min dollar nağd pul ələ keçirilmişdi.
Həmin vaxt müsadirə olunan xarici valyutanın təxminən 954 milyon TL dəyərində olduğu bildirilmişdi.
Antalyadakı son əməliyyatla birlikdə, Mehmet Fatih Tançalanın işi üzrə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən ümumi vəsaitin məbləği 2 milyard 475 milyon Türk lirəsinə çatıb.
Hazırda Ankara Baş Prokurorluğu tərəfindən iş üzrə istintaq-əməliyyat tədbirləri intensiv şəkildə davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 10 Oktyabr 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















