Icma.az
close
up
RU
Karate üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi olub AZƏRTAC

Karate üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi olub AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 noyabr, AZƏRTAC

Karate üzrə uşaq, yeniyetmə və gənclər arasında 29-cu ölkə birinciliyi, böyüklər və parakarateçilər arasında 32-ci ölkə çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə karateçilərin paradı olub.

Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev yarışda 50 klub və müxtəlif regionlardan idmançıların iştirak etdiyini vurğulayıb. O, qalib xalqın gənclərinə sadəcə idmanda deyil, bütün sahələrdə uğurlar arzulayıb. U.Quliyev Azərbaycan karateçilərinin həmişə olduğu kimi, gələcəkdə də bayrağımızı beynəlxalq arenalarda daim yüksəklərə qaldıracağına inandığını söyləyib. Federasiya rəhbəri ölkəmizdə karatenin kütləviliyinin artırılması və perspektivli idmançıların müəyyənləşdirilməsi baxımından belə turnirlərin əhəmiyyətini də qeyd edib.

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov isə Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdırıb. Azərbaycan Karate Federasiyasının ildən-ilə inkişaf etdiyini deyən E.Məmmədov bu idman növü üzrə əldə edilən uğurlardan bəhs edib.

Rəsmi çıxışların ardınca son 1 il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar. Təltifetmə mərasimindən sonra tədbir bədii hissə ilə davam edib və çempionat açıq elan olunub.

Qeyd edək ki, ötən gün start götürən yarışlara dekabrın 1-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri