Icma.az
close
up
RU
“Karbamid istehsalı enerji tutumlu prosesdir” EKSPERT DANIŞDI

“Karbamid istehsalı enerji tutumlu prosesdir” EKSPERT DANIŞDI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Karbamid həm avtomobil, həm də kimya sənayesində istifadə olunsa da, onun əsas tətbiq sahəsi kənd təsərrüfatıdır. Bu maddə xüsusilə mineral gübrələrin hazırlanmasında geniş istifadə olunur və torpağın məhsuldarlığının artırılmasında mühüm rol oynayır. Azərbaycanda karbamid istehsalı əsasən Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrində həyata keçirilir. İstehsal olunan məhsulun təxminən 90 faizi xarici bazarlara ixrac olunur ki, bu da onun ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıdığını göstərir”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın karbamid ixrac etdiyi ölkələr arasında əsas payı Türkiyə, MDB məkanı, Avropa ölkələri, xüsusilə də Şərqi Avropa regionu tutur:

”Bu ölkələrdə kənd təsərrüfatının inkişaf səviyyəsinin yüksək olması gübrəyə olan tələbatı artırır və nəticədə Azərbaycan məhsullarının ixrac payı da böyük olur. Beləliklə, karbamid ixracı həm regional əməkdaşlığın genişlənməsinə, həm də Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.

Lakin hazırda ixracın azalması bir sıra amillərlə bağlıdır. İlk növbədə, qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, bazarlarda qeyri-sabitlik və geosiyasi gərginliklər ticarət həcminə mənfi təsir göstərir. Bununla yanaşı, beynəlxalq bazarda rəqabətin güclənməsi, daha ucuz istehsal imkanlarına malik ölkələrin mövcudluğu Azərbaycan məhsullarının bazar payını azalda bilər. Digər mühüm faktor isə qaz və enerji qiymətləri ilə bağlıdır. Karbamid istehsalı enerji tutumlu proses olduğuna görə enerji qiymətlərindəki dəyişikliklər məhsulun maya dəyərinə birbaşa təsir edir və bu da rəqabət qabiliyyətini zəiflədir.

İxracın azalmasının ölkənin valyuta gəlirlərinə təsiri məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu hal qısamüddətli dövrdə ciddi problem yaratmaya bilər. Lakin əgər bu tendensiya uzun müddət davam edərsə, o zaman Azərbaycanın qeyri-neft ixracından əldə etdiyi gəlirlərdə azalma baş verə bilər və bu da ümumi iqtisadi sabitliyə müəyyən risklər yarada bilər.

Gübrə bazarına təsir baxımından isə vəziyyət daha çox tələb və təklif amillərindən asılıdır. Tələbat yüksək olduğu halda qiymətlərdə artım müşahidə oluna bilər. Burada əsas məsələ keyfiyyət faktorudur. Əgər yerli istehsal zəifləyər və bazar idxal məhsulları ilə əvəz olunarsa, həmin məhsulların eyni keyfiyyət standartlarına cavab verib-verməyəcəyi sual doğurur. Bu isə kənd təsərrüfatının məhsuldarlığına birbaşa təsir edə bilər.

Mövcud azalma daha çox qlobal və geosiyasi amillərlə bağlı müvəqqəti xarakter daşıyır. Gərginliklərin azalması, bazarların sabitləşməsi və iqtisadi əlaqələrin normallaşması ilə Azərbaycan karbamid ixracının yenidən əvvəlki səviyyəyə qayıtması və hətta artması mümkündür”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

İqtisadiyyat

Energetika Nazirliyi l yarımildə 7 mindən çox vətəndaş müraciəti qəbul edib

İqtisadiyyat

"Rəqəmsal gömrük sisteminə keçid xarici ticarətin inkişafı istiqamətində mühüm addımdır" - İqtisadçı

İqtisadiyyat

“Maliyyə intizamının formalaşdırılması üçün ilk növbədə aylıq büdcə tərtib edilməlidir” - EKSPERT DANIŞDI

İqtisadiyyat

Qızılın qiyməti 4063 dollardır

İqtisadiyyat

Nağd pul Kremlə qarşı...

İqtisadiyyat

Rusları yaxın gələcəkdə partlayıcı qiymət artımları gözləyirlər...

İqtisadiyyat

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalı xərcini 3 %-dən çox artırıb

İqtisadiyyat

AAYDA rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı üzrə yol xəritəsini müzakirə edib

İqtisadiyyat

Azərbaycan Türkiyədən taxıl və paxlalı idxalı xərcini 15 % artırıb

İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 1 dollardan çox azalıb

İqtisadiyyat

Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 21,5% azalıb

İqtisadiyyat

Azərbaycan Türkiyədən poladın idxalına çəkdiyi xərci 44 %-ə yaxın artırıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyul 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see311

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see290

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see255

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see244

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see243

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see235

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see232

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see228

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see223

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see218

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see217

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see215

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see210

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see207

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see205

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see203

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see194

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see190

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see188

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri