Icma.az
close
up
RU
Yolların düşməni sudur EKSPERT DANIŞDI

Yolların düşməni sudur EKSPERT DANIŞDI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Yolların düşməni sudur. Ona görə də yola düşən suyu təcili uzaqlaşdırmaq üçün tədbirlər görülür. Uzununa və eninə borular qoyulur. Həmçinin suyu qəbul edən ötürən qurğular tikilib təsis edilir. Buna görə də bu qurğular və tikililər elə planlaşdırılmalıdır ki, su yolda yığılıb qalmasın". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, ümumiyyətlə qurğuların təsis edilməsi, yollardan yığılmış suların təmizlənməsi üçündür: "Eyni zamanda təsis olunmuş qurğular işlək vəziyyətdə olmalıdır. Bunu da qeyd etmək istərdim ki, yolun tərkibini çınqıl, asfalt təşkil edir. Bunlar hamısı suyu ötürən materiallar sayılır. Bu səbəbdən yolda su yığılan zaman, yolun alt hissəsinə keçir və orada boşluq yaranır. Yolun üstündə ağır tonnajlı avtomobillər hərəkət etdiyi zaman orada deformasiyalar yaranır. Ona görə də yola düşən suyu təcili şəkildə yoldan uzaqlaşdırmaq mütləqdir".

Ekspert həmçinin qeyd edib ki, əsasən yağış və sular çökək ərazilərə yığılır: "Yəni yolda harada çuxur yaxud dərin yer varsa, yağış ora toplanır. Hidroloji hesabatı gözdən keçirmək lazımdır ki, görək əsasən hansı yerlərdə çökəklik var və su haraya ən çox yığılır. Bu bir təcrübədir. Fakt olaraq görsənəcək ki, su əsasən harada yığılır. Buna uyğun tədbirlər görmək lazımdır. Çünki hər dəfə eyni yerdə problemlər yaşanır. Həmçinin kollektorlarda, kanalizasiya sistemlərində bir çox problemlər var. Onlar yağış sularını uzaqlaşdırmaq üçün daim işlək vəziyyətdə olmalıdır. Lakin onlar daim su götürə bilmir. Çünki məskunlaşma həddən artıq sürətli şəkildə baş verdiyinə görə, artıq bu qədər yükləri daşıya bilmirlər. Ona görə də, bütün işlər planlaşdırılıb həyata keçirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see298

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see279

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see274

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see267

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see260

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see257

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see254

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see253

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see249

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see245

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see222

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see215

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see215

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see215

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see215

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see213

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see213

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see208

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see203

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri