Icma.az
close
up
RU
Ekspert qızların məktəbdən uzaqlaşdırılmasından DANIŞDI

Ekspert qızların məktəbdən uzaqlaşdırılmasından DANIŞDI

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"2025-ci ildə 13 yaşlı bir qızın uşaq dünyaya gətirməsi faktı təhsil sistemində və ümumilikdə cəmiyyətdə ciddi struktur problemlərinin mövcudluğunu üzə çıxarır. Bu hadisə tək bir ailənin, bir məktəbin və ya bir regionun problemi deyil; bu, sistemli nəzarətsizlik, ictimai biganəlik və dövlət qurumları arasında əlaqəsizliyin nəticəsidir. Qız uşaqlarının erkən yaşda təhsildən yayınaraq ailə qurmağa və ya cinsi zorakılığa məruz qalaraq ana olmağa məcbur edilməsi həm insan hüquqları, həm də qanunvericilik baxımından qəbuledilməzdir və bu hallar baş verdikdə, bütün məsul strukturlar cavabdehlik daşıyır".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.
"Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5.1.3-cü bəndində qeyd olunur ki, dövlət təhsildə hər kəsin bərabər imkanlara malik olmasını təmin etməlidir. Həmçinin həmin qanunun 19.1-ci maddəsinə əsasən, ümumi təhsil icbari xarakter daşıyır və 9 illik təhsilin başa çatdırılması dövlətin nəzarətində olmalıdır. Bu hüquqi əsaslara baxmayaraq, real vəziyyət onu göstərir ki, bəzi kənd və rayon məktəblərində bu mexanizmlər ya tətbiq olunmur, ya da formal xarakter daşıyır. Qızlar təhsildən yayındırılır, davamiyyət izlənilmir və təhsil sistemindən “yoxa çıxan” uşaqlar nə yerli təhsil orqanları, nə də sosial xidmət qurumları tərəfindən izlənilmir.
Rəsmi statistikaya əsasən, 2023-cü ildə Azərbaycanda 15 yaşdan aşağı ana olan qızların sayı 67 nəfər olub. Bu, qeydiyyata düşən hallardır. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin real həyatda daha yüksək olduğunu bildirir. Çünki bir çox valideyn bu cür halları rəsmi qeydiyyatdan yayındırmaq üçün qızlarını rayon qeydiyyatında saxlayır, lakin əməldə onların məktəbə getməsinə nəzarət edilmir. Bu isə məktəbin və yerli təhsil orqanlarının məsuliyyətini daha da artırır".
O bildirib ki, məktəb direktorlarının və müəllimlərin bu prosesdəki məsuliyyəti qanunvericilikdə açıq şəkildə müəyyən olunub:
"“Ümumi təhsil haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, məktəb rəhbərliyi şagirdlərin dərsə davamiyyətinə tam məsuliyyət daşıyır və şagirdin icbari təhsildən yayınması barədə yerli icra hakimiyyətini məlumatlandırmalıdır. Əgər bu xəbərdarlıq edilmir, yoxlamalar aparılmırsa, bu, artıq hüquqi məsuliyyət doğuran laqeydlikdir. Belə vəziyyətdə direktor və sinif rəhbərləri təkcə inzibati deyil, həm də sosial nəticələrə görə cavabdeh olmalıdırlar.
Daha vacib problem isə davamiyyət və təhsildən yayınma hallarına dövlət səviyyəsində nəzarət sisteminin zəifliyidir. 2024-cü ilin sonuna olan məlumata əsasən, 9 illik icbari təhsili yarımçıq qoyan qızların sayı 12 yaşdan 16 yaşa qədər olan qızlar arasında ümumi qeydiyyata düşmüş şagirdlərin 4.8%-ni təşkil edib. Bu isə minlərlə qızın məktəbi tam bitirmədən sistemdən kənarda qalması deməkdir. Həmin qızların taleyi isə nə təhsil, nə də sosial xidmət strukturları tərəfindən izlənilmir".
Onun sözlərinə görə, neynəlxalq təcrübədə bu problemə sistemli yanaşma tətbiq olunur:
"Məsələn, Norveç və Finlandiyada məktəbdən yayınma halları təcili olaraq sosial xidmətlərə ötürülür və həmin ailəyə sosial nəzarət tətbiq olunur. Bu ölkələrdə 15 yaşa qədər ana olmaq halları ya yoxdur, ya da çox ciddi hüquqi nəticələr doğurur. İngiltərədə “Safeguarding Children” adlı mexanizm vasitəsilə məktəbə gəlməyən hər bir uşaq üçün yerli təhsil qurumu və sosial işçilər birgə monitorinq aparır. Əgər uşaq təhsildən yayınırsa, səbəblər araşdırılır, ailəyə xəbərdarlıq edilir və davamlı nəzarət mexanizmi tətbiq olunur. Bu model Azərbaycan üçün də uyğunlaşdırılmış formada tətbiq oluna bilər.
Müsbət tərəfdən baxıldıqda, son illərdə Azərbaycan hökuməti uşaq hüquqları, gender bərabərliyi və erkən nikahların qarşısının alınması sahəsində bir sıra təşəbbüslər irəli sürüb. Məsələn, erkən nikahların qarşısını almaq üçün cinayət məsuliyyətinin sərtləşdirilməsi, nikahların qeydiyyatının mütləq şəkildə rəsmi qurumlar tərəfindən aparılması və şagirdlərin elektron qeydiyyat sistemində izlənilməsi ilə bağlı islahatlar müsbət addımlardır. Amma bu mexanizmlər sadəcə normativ səviyyədə qalır, icrası isə yerlərdə zəifdir".
Ekspertin fikrincə, problemin həlli üçün ilkin mərhələdə aşağıdakı yanaşmalar tətbiq edilməlidir: 
"Hər məktəbdə qızların təhsildən yayınmasına dair risk monitorinqi aparılmalı, kənd məktəblərində sosial işçilərin fəaliyyətinə start verilməli, qız uşaqlarının məktəbdən yayınması barədə məlumat alan hər kəsin – direktorun, müəllimin, bələdiyyə nümayəndəsinin – hüquqi hesabat öhdəliyi olmalıdır. Təhsil Nazirliyi hər ay rayon və kəndlər üzrə qızların dərsə davamiyyəti ilə bağlı ictimai hesabat dərc etməlidir. Eyni zamanda, məktəbdən yayındırılan qızlar üçün təkrar inteqrasiya proqramları, sosial dəstək mexanizmləri və ailə ilə işləyən psixoloq və hüquqşünaslardan ibarət qruplar yaradılmalıdır.
Nəticə etibarilə, 13 yaşlı bir qızın ana olması – sadəcə fərdi tragediya deyil, sistemin nəzarətsizliyinin simvoludur. Bu hal sübut edir ki, məktəblərdə real monitorinq, sosial nəzarət və hüquqi cavabdehlik yoxdur. Təhsili qorumaq yalnız sinifdə dərs keçməklə deyil, uşağı təhlükədən, biganəlikdən və zorakılıqdan qorumaqla mümkündür. Təhsil sistemi təkcə bilik ötürən yox, həm də uşağı qoruyan struktur olmalıdır. Əks halda, itirilən hər bir uşaq – sadəcə bir statistika yox, gələcəyin məhv edilmiş bir həyatıdır".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see218

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see204

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see193

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see185

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see185

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see184

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see181

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see179

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see178

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see178

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see175

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see175

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see174

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see174

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see173

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see172

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see169

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see160

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see152

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri