Icma.az
close
up
RU
Kardiologiya İnstitutunun direktoru: Qidalanma ürəyin sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilər

Kardiologiya İnstitutunun direktoru: Qidalanma ürəyin sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilər

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 29 sentyabr, AZƏRTAC

Hipertoniyanın uzun müddət davam etməsi hədəf orqanlardan ən önəmlisi olan ürəyə mənfi təsir göstərir və fəsadlar törətməyə başlayır. Yüksək təzyiqə qarşı ürək əvvəlcə qalınlaşaraq özünü qorumağa çalışır. Amma zamanla bu dəyişikliklər ürəyin sərtləşməsinə, qanla dolmasının çətinləşməsinə və nəticədə oksigen çatışmazlığına səbəb olur. Daha ağır mərhələdə isə ürək zəifləyir və ürək çatışmazlığı inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova deyib.

O bildirib ki, hipertoniya damarların daxili təbəqəsini zədələyərək, aterosklerozu sürətləndirir, bu da infarkt riskini artırır: “Bu baxımdan hipertoniyanın profilaktikasını diqqət mərkəzində saxlamaq fəsadların qarşısının alınması üçün çox önəmlidir. Çünki pasiyentlərin doğru şəkildə maarifləndirilməsi, həyat tərzinin və lazım olduğu təqdirdə, dərman müalicəsinin aparılması nəzərəçarpacaq dərəcədə bu məqsədə nail olmağa imkan verir. Maarifləndirmə tədbirlərinin rolu da mühümdür, çünki insanlar fəsadlardan xəbərdar olduqca, öz səhhətlərinə daha çox diqqət etməyə başlayırlar”.

Direktor vurğulayıb ki, qidalanma ürək-damar xəstəliklərinin inkişaf riskinə və ürəyin ümumi sağlamlığına əhəmiyyətli dərəcədə təsir edə bilər. Ona görə də, ürək xəstələri üçün düzgün qidalanma olduqca önəmlidir. “Düzgün qidalanma ürəyə düşən yükü azaldır, damarların sağlam qalmasına kömək edir və təzyiqi, xolesterini normada saxlamağa yardım edir. Qeyd etmək istəyirəm ki, həddindən artıq duz istehlakı təzyiqi qaldırır və ürəyə əlavə yük salır. Ona görə də yeməyi həddindən artıq duzlu etmək tövsiyə olunmur. Həmçinin yemək bişirilməsində yağların seçiminə diqqət etmək vacibdir. Heyvani yağlar (qoyun piyi, kərə yağı) damarların daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına – zeytun, günəbaxan və ya kətan yağına üstünlük verilməlidir. Qızartmadan çox bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır. Həmçinin balıq və dəniz məhsullarının rasiona daxil olmasının önəmini vurğulamaq istərdim. Belə ki, həftədə ən azı 1–2 dəfə balıq yemək tövsiyə olunur, çünki Omeqa-3 yağ turşuları ürəyi qoruyur, damarları elastik saxlayır.Gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin tərəvəz və meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır, bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir. Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf, qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq seçmək daha düzgündür. Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir edir və artıq çəki yaradır. Ona görə də. şirniyyatı minimuma endirmək lazımdır. Həmçinin maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir. Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır. Daha çox təbii, evdə bişirilmiş, tərəvəzli yeməklərə üstünlük verilsin, çünki qidalanma bir növ “ürəyin dərmanı”dır. Sağlam qidalanma vasitəsilə təzyiq, xolesterin və çəkini nəzarətdə saxlamaq olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri