Icma.az
close
up
RU
Görünənin görünməyən üzü

Görünənin görünməyən üzü

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Vahid QAZİ
Yaxud Boris Yeltsinlə görüşü xatırladan “Satqınlar”
2004-cü ilin sentyabr ayında yazıçı dostumuz Fəxri Uğurlunun toyuna yığışmışdıq. Tanıdığım qələm əhlinin çoxu gəlmişdi.

Dostlarla zarafatlaşıb dilxoşluq eləməkdən zövq alan vaxtlarım idi. Toyun axırına yaxın dostlarla havamızı dəyişib yenə sarayın ikinci mərtəbəsinə qalxırdıq. Ayağımı sonuncu pilləyə qoyanda qarşımda şair Qabili gördüm. Xumarlanan iri gözləri, dağınıq saçı, üzündəki ifadə, yerişi – tanımayanda da deyərdi ki, şairdir.
Umud Mirzəyev qolundan yapışıb yola salırdı. Qaçırılası mənzərə deyildi: “Umud, bu kimdir? Səməd Vurğun?”
Elə həyəcanla dedim ki, Qabil məəttəl qaldı. Umud əlini boğazına çəkdi, yəni mən ölüm, qoy yola salım. Rəhmətlik Qabil duruxmuşdu: “Nə Səməd Vurğun, əəə! İndiyə Səməd Vurğun qalar? Mənəm, şair Qabil!”.
Üzümə heyrətlə baxdı, sonra Umuda çevrilib “Bu kimdir belə, məni tanımır?” dedi…
Zarafatım alındı, zala keçdim…

***

“Yutub”da Mariya Pevçixin “Satqınlar” sənədli serialının Boris Yeltsindən bəhs edən birinci hissəsinə təzə baxmışdım. Təsadüfdür, ya nədir, bilmirəm, Helsinqborq şəhər kitabxanasında oxumağa kitab gəzirdim ki, Aleksandr Korjakovun “Борис Ельцин: от рассвета до заката” (“Boris Yeltsin: sübhdən toranadək”) kitabına rast gəldim.
Filmdə dünyaya liberal siyasi lider kimi təqdim olunmuş birinin hakimiyyətin elə ilk günlərindən, bütöv bir ölkənin aclıq keçirdiyi zaman şəxsi rifahı üçün elədiyi korrupsiya fırıldaqlarından, mayası kommunist xəmiriylə yoğurulmuş adamın demokrat obrazının necə yaradılmasından və bu sayaq söhbətlərdən sənədlərin diliylə danışılır.
Kitab haqqında çoxdan eşitmişdim, 1990-cı illərin sonuna yaxın bütün postsovet məkanı ondan danışırdı. Korjakov Rusiyanın ilk prezidenti Yeltsinin şəxsi cangüdəni, təhlükəsizlik xidmətinin rəisi olub. O sənədli filmdən sonra kitab daha da maraqlı gəldi.

Yeltsinin, ailəsinin şəxsi həyatı ilə yanaşı onların iştirakı ilə cərəyan etmiş siyasi olaylar, intriqalarla dolu kitab həm də yaşadığımız burulğanlı tarixin qaranlıq yerlərinə - SSRİ-nin süqutu, müstəqilliyin faciələrlə dolu ilk illərinə işıq tutur, olmuşlar DTK zabitinin müşahidələriylə təsvir edilir.
Hər görünənin görünməyən tərəfi də var. Bu, tək yerdə dağa, göydə aya deyil, hər şeyə aiddir. İllah da tanınmış adamların həyat gizlinlərinə. Sadə adamlara maraqlı gələn də məşhurların o görünməyən, bilinməyən üzüdür.
Qorbaçova müxalif lider kimi siyasi səhnəyə çıxan, “QKÇP” deyilən çevrilişə cəhd zamanı tank üstündə tarixi çıxışını edən, Belovejsk sazişiylə Sovetin iliyini vuran, demokrat, liberal imicli keçmiş kommunist rəhbərin görünməyən üzü kimi.
Yeltsinin simasında siyasətin görünməyən üzünü görmək üçün dediyim kitabı oxumaq, ələlxüsus da “Satqınlar” sənədli serialının “Böyük sui-qəsdin tarixi. Rusiyanı kim və necə işğal etdi” adlı birinci bölümünə (elə hamısına) baxmaq yetər.
Fikrim kitabdan və filmdən ətraflı danışmaq deyil, istəyim bir qənaətimi sizinlə bölüşməkdir. “Keçmiş çekist olmur” deyimi var, mən o deyimi belə davam etdirərdim: keçmiş kommunist də olmur.
***
Fəxrinin toyundan bir ay sonra İssık-Kula, Beynəlxalq Plüralizm Mərkəzləri Şəbəkəsinin növbəti görüşünə getmişdim. Üçgünlük görüş bir vaxtlar Kremlin kommunist boslarının dincəldiyi “Avrora” sanatoriyasında keçirilirdi. Neçə-neçə ölkədən demokratiya fəalı gəlmişdi. O vaxtlar ildə iki dəfə müxtəlif ölkələrdə yığışdığımızdan əksər iştirakçını tanıyırdım, çoxuyla xoş münasibətim vardı, dilxoşluq edəcək qədər yaxın olduqlarım da.
Dedim axı, ömrün oğlan çağlarında çılğın hərəkətlərim az olmayıb. Film də, kitab da öz yerində, o çılğın vaxtların dilxoşluq olaylarından birini də deyim – İssık-Kul sahilində Boris Yeltsinlə görüşdən danışım.
Tədbirin ikinci günüydü, eşitdik ki, Yeltsin gəlib, sanatoriyanın o biri korpusundadır. Axşam yeməyindən sonra yeməkxananın qabağında bir dəstə durub söhbət edirdik. Sanatoriyanın həyətində tünlük idi. Təcili yardım briqadası, milislər, bir neçə xüsusi mühafizəçi maşını vardı. Onda Yeltsin keçmiş prezident kimi xüsusi qorunurdu.
Bir də gördük Qırğızıstanın prezidenti Əsgər Akayevin xanımı Mayram Akayevanın müşayiətiylə gəlir. Ayaqları ataksiya xəstəsi kimi sözünə baxmırdı. Elə uzaqdan babat dəm olduğu bilinirdi. Qələbəliyi görüb səmtini dəyişdi, maşına yox, bizə sarı gəldi. Yaxınlaşıb salam verdi.
Üzümü yanımdakı gürcü dostum İvlian Haindravaya tutub hamının eşidəcəyi səslə soruşdum: “İvlian, kto on? Leonid İliç Brejnev?” Yəni, İvlian, bu kimdir, Brejnevdir?
Bilmirəm Brejnev 22 il qabaq gurultu ilə düşdüyü qəbirdə çevrildi, ya yox, amma dəstəmizin yaşlı üzvləri pıqqıldaşdı, Yeltsin isə üzünü turşudub mənə belə cavab verdi:
“Kakoy Brejnev? Vı şto? Ya Yeltsin, Boris Nikolayeviç”. Yəni Brejnev nədir, mən Yeltsinəm, Boris Nikolayeviç.
“Salam, cənab prezident, bilirəm siz də zarafatcılsınız, dedim zarafat edim, əlbəttə, tanıyıram. Sizi tanımayan yoxdur” dedim.

Bizimlə xeyli söhbət elədi. Düzü, danışdıqlarından heç nə anlamasaq da – özbək dostumuza Saakaşviliylə voleybol oynadığını, gürcüyə Lukaşenko ilə əsgərlikdə birgə xidmət etməsini deyirdi – maraqlı idi.
Sonra zavallı Mayram xanım onu maşına apardı.
Biz isə maşın karvanı gözdən itənədək, görünənin görünməyən üzünə keçənədək baxdıq.
Vahid QAZİ
İyun 2024
Helsinqborq, İsveç

Müəllifin bütün yazıları - Vahid Qazi

Bütün yazarlar

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see402

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see374

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see348

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see270

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see263

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see254

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see244

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see203

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see195

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see172

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see167

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see165

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see162

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see162

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see158

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see157

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see156

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see152

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see151

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri